Icma.az
close
up
RU
Payızda sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin!

Payızda sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin!

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Payız mövsümü bədənimizin təbii olaraq immunitetə və enerji mənbələrinə daha çox ehtiyac duyduğu bir dövrdür. Bu mövsümdə təzə göyərti yeməyin sağlamlıq baxımından bir çox faydası var. Göyərtilər tərkibindəki vitaminlər, minerallar və antioksidantlarla orqanizmimizi dəstəkləyərək həm qışa hazırlayır, həm də sağlam qidalanmanı təmin edir.

Ölkə.az Yenisabah.az-a istinadən payızda göyərti yeməyin faydalarını təqdim edir:

İmmuniteti gücləndirir

Payızda hava dəyişiklikləri xəstəliklərin artmasına səbəb ola bilər. Tərkibində C, E və A vitaminləri ilə zəngin olan ispanaq, cəfəri və şüyüd kimi göyərtilər bədənin müdafiə mexanizmini gücləndirir. Xüsusilə C vitamini, orqanizmi soyuqdəymə və qripdən qoruyur.

Dəri sağlamlığını qoruyur

Payızın quru havası dərinin nəmliyini itirməsinə səbəb ola bilər. Göyərtilərdə olan beta-karoten və antioksidantlar dərini qoruyur, qocalma prosesini ləngidir və daha sağlam görünüş bəxş edir.

 Həzm sisteminə yardımçı olur

Göyərtilərdəki liflər həzm sistemini tənzimləyir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizlik problemlərinin qarşısını alır. Xüsusilə vəzəri və ispanaq kimi göyərtilər həzmi asanlaşdırır və mədə-bağırsaq sisteminə müsbət təsir edir.

Enerji verir və yorğunluğu azaldır

Payızda yaranan mövsümi yorğunluq hissini azaltmaq üçün göyərti ideal qidadır. Fol turşusu, maqnezium və dəmir kimi minerallarla zəngin olan göyərtilər bədənə enerji verir, qan dövranını yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.

 Arıqlamağa yardım edir

Göyərtilər az kalorili, lakin qidalı olduqları üçün arıqlamaq istəyənlər üçün mükəmməl seçimdir. Eyni zamanda, yüksək su tərkibi bədəni nəmli saxlayır və toxluq hissini artırır.

Xroniki xəstəliklərin qarşısını alır

Göyərtilərdəki antioksidantlar orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu, ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinin riskini azaldır.

Payızda hansı göyərtilər yeyilməlidir?

Payızda xüsusilə cəfəri, keşniş, şüyüd, ispanaq,vəzəri və turp yarpağı kimi göyərtilər mövsüm üçün ideal seçimdir. Bu göyərtiləri çiy şəkildə salatlarda, yaxud bişmiş şəkildə yeməklərdə istifadə etmək olar. Amma göyərtiləri çiy halda yemək orqanizm üçün daha faydalıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Dekabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri