Icma.az
close
up
RU
Sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin

Sağlam qalmaq istəyirsinizsə, hər gün yeyin

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Payız mövsümü bədənimizin təbii olaraq immunitetə və enerji mənbələrinə daha çox ehtiyac duyduğu bir dövrdür. Bu mövsümdə təzə göyərti yeməyin sağlamlıq baxımından bir çox faydası var. Göyərtilər tərkibindəki vitaminlər, minerallar və antioksidantlarla orqanizmimizi dəstəkləyərək həm qışa hazırlayır, həm də sağlam qidalanmanı təmin edir.

Ölkə.az yenisabah.az-a istinadən payızda göyərti yeməyin faydalarını təqdim edir:

İmmuniteti gücləndirir

Payızda hava dəyişiklikləri xəstəliklərin artmasına səbəb ola bilər. Tərkibində C, E və A vitaminləri ilə zəngin olan ispanaq, cəfəri və şüyüd kimi göyərtilər bədənin müdafiə mexanizmini gücləndirir. Xüsusilə C vitamini, orqanizmi soyuqdəymə və qripdən qoruyur.

Dəri sağlamlığını qoruyur

Payızın quru havası dərinin nəmliyini itirməsinə səbəb ola bilər. Göyərtilərdə olan beta-karoten və antioksidantlar dərini qoruyur, qocalma prosesini ləngidir və daha sağlam görünüş bəxş edir.

Həzm sisteminə yardımçı olur

Göyərtilərdəki liflər həzm sistemini tənzimləyir, bağırsaq fəaliyyətini yaxşılaşdırır və qəbizlik problemlərinin qarşısını alır. Xüsusilə vəzəri və ispanaq kimi göyərtilər həzmi asanlaşdırır və mədə-bağırsaq sisteminə müsbət təsir edir.

Enerji verir və yorğunluğu azaldır

Payızda yaranan mövsümi yorğunluq hissini azaltmaq üçün göyərti ideal qidadır. Fol turşusu, maqnezium və dəmir kimi minerallarla zəngin olan göyərtilər bədənə enerji verir, qan dövranını yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.

Arıqlamağa yardım edir

Göyərtilər az kalorili, lakin qidalı olduqları üçün arıqlamaq istəyənlər üçün mükəmməl seçimdir. Eyni zamanda, yüksək su tərkibi bədəni nəmli saxlayır və toxluq hissini artırır.

Xroniki xəstəliklərin qarşısını alır

Göyərtilərdəki antioksidantlar orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu, ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növlərinin

riskini azaldır.

Payızda hansı göyərtilər yeyilməlidir?

Payızda xüsusilə cəfəri, keşniş, şüyüd, ispanaq,vəzəri və turp yarpağı kimi göyərtilər mövsüm üçün ideal seçimdir. Bu göyərtiləri çiy şəkildə salatlarda, yaxud bişmiş şəkildə yeməklərdə istifadə etmək olar. Amma göyərtiləri çiy halda yemək orqanizm üçün daha faydalıdır.  //

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Dekabr 2024 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri