Trampın kriptovalyutaları bir gecədə çökdü
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp ailəsinin dəstəklədiyi "World Liberty Financial" şirkətinin kriptovalyuta tokeni bir gecədə dəyərinin təxminən 50 faizini itirib.
Axar.az xəbər verir ki, bu hadisə siyasi bağlılığı olan kriptoaktivlərdəki yüksək volatilliyi (qiymət dəyişkənliyini) bir daha ön plana çıxarıb.
2025-ci ilin sentyabrında ticarətə buraxıldığı vaxtdan bəri dəyərinin 90 faizdən çoxunu itirən tokenin qiyməti ötən gün təxminən 0,018 ABŞ dolları (0,023 Sinqapur dolları) səviyyəsində olub. Bir gün əvvəl isə bu göstərici 0,039 ABŞ dolları təşkil edirdi.
Noyabrın 27-si gecədən noyabrın 28-i səhərədək davam edən kütləvi satış dalğası Trampın adı ilə bağlı olan kriptoaktivlər üçün bir gün ərzində qeydə alınan ən kəskin enişlərdən biridir və ailənin rəqəmsal aktivlər sahəsində artan fəaliyyətinə diqqətin gücləndiyi bir dövrə təsadüf edir. Tokenin ucuzlaşması kriptoaktivlərdəki riskləri açıq şəkildə göstərir. Belə ki, bu bazarda birjaların atdığı addımlar, tokenlərin dövriyyəyə buraxılması (kilidlərin açılması) və bazar likvidliyindəki dəyişikliklər kəskin qiymət dalğalanmalarına səbəb ola bilir.
ABŞ Prezidenti Donald Tramp və ailəsi tərəfindən dəstəklənən mərkəzləşdirilməmiş maliyyə (DeFi) layihəsi olan "World Liberty" sosial şəbəkədə bildirib ki, "Binance" birjası bu tokenə bağlı açıq müddətsiz fyuçers müqavilələrini avtomatik şəkildə hesablayaraq bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















