Icma.az
close
up
RU
Payların siftəsini yeyib, şəkərburaya həsrət qaldı APA GROUP da “PAPAQ ATDI” VİDEO

Payların siftəsini yeyib, şəkərburaya həsrət qaldı APA GROUP da “PAPAQ ATDI” VİDEO

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1 həftədir işdəkiləri bezdirirəm ki, çərşənbə günü papaq gətirin. Məni yarıtmayacaqlarını bildiyim üçün papağımı da özüm götürüb, sübh tezdəndən işə gəlmişəm.

“APA GROUP”a daxil olan kimi girişdə qoyulan Novruz dekorları adamın yorğunluğunu bir qədər də olsa alıb, bayram ab-havasınasına salır.

Lent.az-ın digər əməkdaşları baş redaktorun müavini, Səbinə Əvəzqızı, müxbirlər Xədicə Əfqan, Rəhman Mirzəlizadə və mən papağımızı əlimizə, xurcunumuzu belimə alıb, ofisdəki otaqlara baş çəkib, bir-bir papaq atırıq.

Məqsədimiz işdə də olsaq, həm adət-ənənəmizi yaşatmaq, həm üzümüzün, həm də mədəmizin şənlənməsidir. Elə bunu deyib, düşürük yola. Siftəni "APA GROUP"un baş direktoru Vüsalə Mahirqızının qapısında edirik. Elə papaqdakı pay da ürəyimizi oxşayır. İçindən ən yaxşı şokoladları da təbii ki, özüm üçün ayırıb, xurcuna yox, cibimə yığıram. Şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayaq.

Səbinə xanım sevincək deyir ki, qoz, fındıq, ləpə, şirniyyat – hər şey var papaqda, deməli günümüz yaxşı keçəcək.

Nə deyirik ki, təki elə olsun.

Sonra gedirik "APA GROUP"un baş redaktoru Nurşən Quliyevin otağına.

Səbinə xanım deyir ki, çoxları hazırlıqlı deyil, elə bizə də bu lazımdır. Məncə bəri başdan belə deyib, bizi təsəlli edir ki, ay uşaqlar, çox şey ummayın.

Yaxşı ki, Nurşən müəllim də şokolad verir, içindən yenə ən yaxşıları seçib götürəndə, Səbinə xanım məni saxlayır: “Bayramın bərəkətini qaçırma, qoy yerinə şokoladları”. Amma hara qoyuram, bayramın bərəkəti mənim papağımdır. Papaqdakı payların siftəsini edirəm ki, zəhərlənsəm birinci mən qurban gedim.

Danışa-danışa mühasibatlıq otağına gedirik. Otaqdakılar oruc tutsalar da, qoyduqları pay bizi heyran edir. Düzünü desəm, biz o otaqdan simvolik pay gözləyirdik, üzərinə 100 dollar yazılan bir paçka pul, amma keks, şirniyyat da qane edir, neyləyək, buna şükür.

Pullu qapıdan da pulsuz qayıdandan sonra APA-nın otağına keçirik. Səbinə xanım yenə də “pay almağa gəlmişik, baca-bacaya gəlmişik”, -deyir. Sağ olsunlar, içini boş qoymadılar. Bizdən sonra da ora “APA TV”nin əməkdaşları papaq atmaq istəyəndə “APA”nın redaktoru Nadir Yalçın deyir ki, bugünlük ta bəsdir.

“APA SPORT”un otağında gözləyirik. Bir xeyli gözləyirik. Artıq səbrim çatmır, deyirəm ki, papağımı qaytarsınlar, başqa nə isə istəmirik. Elə bunu demişdim ki, bir də görürük papağımıza 3 balaca xurcun – qoz, fındıq, qara kişmiş qoyub, verdilər. Bax, bu başqa məsələ. Adamlar öz xonçalarının yağlı tikəsini bizə veriblər, daha nə deyə bilərik ki?!

Üz tuturuq “IT Departamenti”nə. Deyirik ki, bu otaqda olsa-olsa klavyatura, siçan, monitor olar. Özümüzün də gözləntisi yoxdur. Bir də görürük ki, papağımıza tək istifadəlik çay, konfet qoyublar. Elə bu dəmdə Emin Əmirov gəlir: “Tökün görüm, nə yığmısınız?”. Özümüzü lap qaçaqmalçı kimi hiss edirik.

SMM şöbəsindən də mer-meyvə yığıb, irəliləyirik. “APA TV”nin layihələr hazırlanan otağından Nigar xanım papağımızı doldurur, könlümüz xoş halda, “Vesti.az”-a gedirik. Səbinə xanım deyir ki, bura rusdilli sayt olsa da, Azərbaycan adət-ənənələrini çox sevirlər.

Ümidimiz böyükdür, gözləyirik. Həqiqətən də adətlərə hörmət edib, xurma, qoz-fındıq, bir sözlə həm Novruz, həm də Ramazan bayramlarının atributlarını papağımıza yığırlar.

“Vesti.az”ın yanındakı otağa, “Kulis”ə doğru irəliləyirik. Sevinc xanım papağımıza badambura, şəkərbura kimi dadlı nemətlərdən yığır.

Bayaqdan 50 qapı gəzib, şəkərbura tapmayıb, sonra tapanda adam sevinir. “Mənimdi şəkərbura” desəm də, təəssüf ki, onu yemək mənə qismət olmur.

Sonra öz otağımıza, doğma “Lent.az”ımıza daxil olub, baş redaktorumuz Hafiz Heydərovu bir az təəccübləndiririk. Ondan da “qənimət”lər yığıb, “APA TV Xəbərlər” şöbəsinə gedirik. Elə bil qapıya çatanda “atam evdə yoxdur” sözü ilə, içəridən qapını kilitləyirlər. Amma bizi heç kim dayandıra bilməz. Səbinə xanım qapını məcbur açıb, payımızı alır.

Xədicə deyir ki, keçən il üzümüzü güldürən “Marketinq Departamenti” olub. Elə bil ki, ağzından çıxan sözlər çin olurmuş. Bir də nə görsək yaxşıdır, papağımıza pul və şirniyyat qoyublar. Xədicə bu dəfə “Allaha min şükür” deyir. Sağ olun “Marketinq Departamenti”nin əməkdaşları, Xədicə sizə görə bayram günü şükür də elədi.

Bizdə otaq bitmir ki, maşallah. “İqtisadiyyat” şöbəsinə çatırıq. Səbinə xanım deyir: Buradan iqtisadi, güclü pay gözləyirik. Sözünə qüvvət verib, bir daha xatırladıram ki, mənim papağım düşərli, ruzili, bəxtli papaqdır. 5 saatdır yanımızda yeməyimizə şərik çıxmaqdan başqa bir işə yaramayan Rəhman da mənə lağ edə-edə deyir ki, işıq-qaz pulu yığanlar kimi danışırsan.

“İqtisadiyyat” şöbəsi bizə kofe, şirniyyat verir. Sağ olsunlar.

“APA-nın Xarici dillər redaksiyası”na gəlirik, papağımızı atırıq, amma səs-səmir yoxdur. Deyirəm ki, gəlin rus, ingilis, fransız dilində də papaq atdıq deyək. Səbinə xanım deyir ki, milliyyətcə azərbaycanlıdırlar, dilimizi başa düşürlər, ay bala. Amma nə fayda, mən yenə öz bildiyimi edirəm. Texnologiya inkişaf edib, tez telefonda açıb, tələffüzü qapıya yaxınlaşdırırıq. Səbinə xanım yenə deyir ki, tərcümə səhvdir, sən düz informasiya çatdır. Amma mənim tərcümələrimdən payımız qapıdan çıxır.

Və başqa otağa, sürücülərin oturduğu yerə keçirik. Onlardan da payımızı alıb, “Qrim otağı”na üz tuturuq. Şəkərburamızı alıb, gedirik otağımıza, bu qədər əyləncə bəsdir, indi onları yeyib, işləmək lazımdır. Bu yazını yazmaq da güc tələb edirdi. Di, sağ olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Mart 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri