Icma.az
close
up
RU
Paylı mülkiyyətlə bağlı mübahisəsi olanların NƏZƏRİNƏ: Ali Məhkəmədən mühüm qərar

Paylı mülkiyyətlə bağlı mübahisəsi olanların NƏZƏRİNƏ: Ali Məhkəmədən mühüm qərar

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

6 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən "Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə" qərardad qəbul edilib.

Oxu.Az xəbər verir ki, sözügedən qərardadın tətbiqi nəticəsində paylı mülkiyyətlə bağlı mübahisələr üzrə məhkəmə çəkişmələri zamanı yaranan bir sıra problemlər öz həllini tapacaq.

Belə ki, paylı mülkiyyətin digər iştirakçılarının mənafeyinin müdafiəsi baxımından ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunacaq.

Vətəndaşların mənafeyinin müdafiəsinin səmərəli təşkili və prosessual qənaət prinsipi baxımından iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğu zaman, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdıracaq.

Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən edərək cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul edəcək. Bu qayda digər paylı mülkiyyətçilərin öz mülkiyyətini qoruyub saxlanması imkanının mövcudluğuna xidmət edəcək.

Həmçinin icra mərhələsində yarana biləcək mümkün problemlərin qarşısının alınması məqsədilə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see167

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see129

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see129

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see126

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see124

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see123

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see122

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see121

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see121

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see120

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see118

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri