Icma.az
close
up
RU
Paytaxt 20 ci “Baku Jazz Festival”ına hazırlaşır

Paytaxt 20 ci “Baku Jazz Festival”ına hazırlaşır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, Anara Axundova, AZƏRTAC

Oktyabrın 24-dən 31-dək Azərbaycanın paytaxtında payızın ən parlaq hadisələrindən biri - “Baku Jazz Festival”ı keçiriləcək. Festival 2025-ci ildə 20 illik yubileyini qeyd edəcək. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanov tərəfindən əsası qoyulan “Baku Jazz Festival”ı dünyanın müxtəlif ölkələrinə aid olan nəsillər, mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.

AZƏRTAC xəbər verir ki, yubiley festivalının proqramı dinamik və zəngindir: səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlara qədər olan bütün məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar keçiriləcək. Festivalda, həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlər ilə müzakirələr paneli keçiriləcək.

Builki festivalda sosial missiyaya xüsusi diqqət yetirilib: bu, sağlamlıq imkanları məhdud olan gənclər üçün ustad dərsləri və konsertlərdir.

“Baku Jazz Festival 2025” ərəfəsində AZƏRTAC festivalın direktoru Leyla Əfəndiyeva ilə söhbət edib, o, çoxdan gözlənilən tədbirə hazırlıq barədə danışıb.

“Hazırlıqlar tam sürətlə gedir. Demək olar ki, hər gün görüşlər, məşqlər, danışıqlar, telefon zəngləri, müəyyən məsələlərin həll yolları, daha çox isə sevindirici kəşflər və tanışlıqlarla dolu olur. Hazırda bütün kollektivimiz – tərəfdaşlar, musiqiçilər və könüllülər – festivalı gözləmə rejimində yaşayırlar. Onların hamısı bu işə ürəklə yanaşırlar, enerjisini və bacarıqlarını bu işə sərf edirlər. Dəqiq deyə bilərəm ki, iyirmi ildə biz çox böyük təcrübə qazanmışıq və həll edə bilməyəcəyimiz heç bir məsələ yoxdur. “Beynəlxalq caz festivalının təşkili, bu, ilk növbədə, bir ideya - musiqiyə və Bakıya məhəbbət - ətrafında birləşmiş insanlardır. Məhz bu sevgi bizə irəli getməyə kömək edir, tezliklə bütün ölkədə rezonans doğuracaq möhtəşəm bayram yaradır”, - deyə həmsöhbətimiz fikirlərini bölüşür.

Leyla Əfəndiyeva festivalın yubileyi münasibətilə bir sıra xüsusi layihələrin hazırlandığını vurğulayıb.

“İlk növbədə, bu, Azərbaycan caz ulduzlarının ifasında “Chicago” musiqili tamaşasının premyerasıdır. Bu, sözsüz ki, çox parlaq və qeyri-adi tamaşa olacaq.

Musiqi və süni intellektin qarşılıqlı əlaqəsi - aktual mövzuya həsr olunacaq “Jazz & AI” müzakirə panelini də qeyd etmək istərdim. Bu paneldə iştirak etmək üçün bu sahədə çalışan ekspertlər Bakıya səfər edəcəklər.

Festivalı sağlamlıq imkanları məhdud gənclər açacaq, onlar üçün musiqi sadəcə xoş əyləncə deyil, onlara yaşamağa, özünü daha yaxşı hiss etməyə kömək edən, onlara azadlıq bəxş edən xilasedici dairədir. Məhz onların çıxışı səkkiz günlük sərhədsiz musiqi bayramına start verəcək”, - deyə direktor qeyd edib.

Leyla Əfəndiyevanın sözlərinə görə, festival şəhər üçün böyük əhəmiyyət kəsb edir. “Baku Jazz Festival” sayəsində caz ənənələrimiz qorunub saxlanılıb və Bakı hələ də bu sahədə istiqamət müəyyən edir, hər il caz mərkəzinə çevrilir, onunla nəfəs alır. Festival tərbiyə edir, mədəniyyət səviyyəsini yüksəldir, insanları birləşdirir, gəncləri ruhlandırır, mədəni diplomatiyanı inkişaf etdirir, beynəlxalq arenada ölkəmizin müsbət imicini yaradır.

Şəxsən mənim üçün “Baky Jazz Festival” bir xəzinədir və müasir Azərbaycanın açıq və yaradıcı, ənənənin yeniliklər doğurduğu bir məkan olduğunun əksidir”, - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri