Icma.az
close
up
RU
Paytaxtda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb

Paytaxtda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər həyata keçirir.

AYNA-dan bildirilib ki, “Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin rahatlığı üçün ən son texnologiyalarla təchiz olunub.

seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri