Icma.az
close
up
RU
Paytaxtdakı 6 nömrəli məktəb liseydən 144 nəfər məzun olur

Paytaxtdakı 6 nömrəli məktəb liseydən 144 nəfər məzun olur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

AZƏRTACın məlumatına görə, tədbirdə çıxış edən məktəb-liseyin direktoru Gülşən Orucova bildirib ki, bu il təhsil ocağını 144 məzun bitirir. Onun sözlərinə görə, XI sinif buraxılış imtahanlarında 52 məzun 220 baldan yuxarı nəticə göstərib, 17 şagird fərqlənmə attestatına namizəddir. Məktəbin qızıl medal namizədi isə 11 “B” sinif şagirdi Zəhra Bağırovadır.

Direktor qeyd edib ki, məzunların təxminən 70 faizi xarici universitetlərdən qəbul alıb: “Buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlər həm müəllimlərin, həm də valideynlərin qürur mənbəyinə çevriliblər. Bu il məzunlardan biri 297 bal toplayıb, 52 nəfər isə 250 baldan yuxarı nəticə göstərib”.

Gülşən Orucova vurğulayıb ki, məktəbin şagirdləri cari tədris ilində də mühüm nailiyyətlər əldə ediblər. Belə ki, “Sabahın alimləri” müsabiqəsində dörd layihə ilə təmsil olunan məktəbin qızıl medal qazanan layihəsi ABŞ-də keçirilən beynəlxalq yarışda bürünc mükafata layiq görülüb. Bundan əlavə, şagirdlər fənn olimpiadalarında, idman yarışlarında, mədəniyyət və incəsənət sahələrində də uğurlu nəticələr əldə ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov 144 məzunun məktəbi bitirməsinin rəmzi məna daşıdığını qeyd edib. O bildirib ki, gənclər Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq, ölkənin uğurlarına öz töhfələrini verəcəklər.

Nazir müavini vurğulayıb ki, məktəbin məzunları hər il yüksək göstəricilərlə ali təhsil müəssisələrinə qəbul olunur, onların əhəmiyyətli hissəsi isə xaricdə təhsil almaq imkanı qazanır. Firudin Qurbanov bildirib ki, 6 nömrəli məktəb-lisey zəngin ənənələrə malik təhsil müəssisəsidir və bu ənənələrin qorunub saxlanılması gələcək nəsillərin üzərinə düşən mühüm vəzifələrdəndir.

Tədbir məzunların təqdim etdiyi musiqi nömrələri və rəqs kompozisiyaları ilə davam edib. Sonda ənənəvi “Son zəng” çalınıb və məzunlar həyatlarının yeni mərhələsinə yola salınıblar.

Qeyd edək ki, bu il respublika üzrə ümumilikdə 116 min 550 nəfər XI sinfi başa vuraraq məzun adını qazanır. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri isə oğlandır. Eyni zamanda, 131 min 407 şagird birinci sinfi uğurla başa vuraraq ibtidai təhsil pilləsini tamamlayır.

2025–2026-cı tədris ilində ölkənin 4 min 194 ümumtəhsil məktəbində 1 milyon 678 min 621 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 132 min 178 müəllim məşğul olub.

Paytaxt məktəblərində bu il 41 min 941 şagird birinci sinfi, 50 min 219 nəfər IX sinfi, 37 min 222 nəfər isə XI sinfi bitirir.

Böyük Qayıdış Proqramı çərçivəsində bərpa və yenidənqurma işləri aparılan 25 ümumi təhsil müəssisəsinin 11-də uzun illərdən sonra ilk dəfə olaraq “Son zəng” sədaları səslənib. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərdə bu il 171 məzun təhsilini başa vurur.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri