Paytaxtın bu məhəllələri söküləcək? Tarixi abidələrin aqibəti necə olacaq? FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Keçmiş “Sovetski” (yaxud Bayırşəhər) ərazisində yeni söküntü işlərinin başlayacağı barədə qeyri-rəsmi məlumatlar yayılıb. Avtosfer.az xəbər verir ki, rəsmi qurumlar bu barədə xəbərləri nə təsdiq ediblər, nə də təkzib edib.
Növbəti söküntü işlərinin Mərkəzi Parkın davamı olaraq (4-cü mərhələ) aparılacağı bildirilir. Bu isə şəhərin tarixi mərkəzinin ayrılmaz tərkib hissəsi olan ərazinin plana düşməsi deməkdir.
Bakının Baş planında tarixi mərkəzin qorunacağı vəd edilir. Amma yayılan məlumatlara görə, artıq sözügedən ərazidə bir neçə dəfə ölçmə işləri aparılıb. Hətta tarixi abidələrin (memarlıq binalarının) üzərində müvafiq olaraq “TA” işarəsi qoyulub. Memarlıq binalarının saxlanılacağı, sakinlərin isə köçürüləcəyi deyilir.
Görünən odur ki, plana əsasən Mərkəzi Park daha da genişləndiriləcək. Bayırşəhərin məhəllələrindən isə yəqin ki, heç nə qalmayacaq. Fotoları təqddim edirik:
Könül
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Dekabr 2024 07:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















