Paytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Zabrat, Maştağa, Bakıxanov, Binə, Qala, Yeni Suraxanı, Hövsan, Güzdək və Qaradağ istiqamətlərində dəmiryol nəqliyyatının inkişaf etdirilməsi planlaşdırılır.
Proqram çərçivəsində 2030-cu ilədək sözügedən istiqamətlərdə sürət qatarlarının hərəkəti üçün yeni dəmir yolu xətlərinin yaradılması nəzərdə tutulub. Ayrı-ayrı ərazilərdə bununla bağlı işlərə artıq başlanıldığı bildirilir.
Mütəxəssislərin fikrincə, dəmir yolu stansiyalarının istifadəyə verilməsi həmin ərazilərin nəqliyyat baxımından əlçatanlığını artıraraq daşınmaz əmlaka marağı yüksəldə bilər. Xüsusilə stansiyalara yaxın ərazilərdə torpaq və evlərə tələbatın artması qiymətlərə də təsir göstərə bilər.
Ekspert Elnur Fərzəliyev bildirib ki, nəqliyyat infrastrukturunun yaxşılaşması əmlak bazarında qiymət dəyişikliklərinə səbəb ola bilər. Onun sözlərinə görə, şəhər mərkəzindən nisbətən uzaqda yerləşən qəsəbələrdə dəmir yolu əlaqəsinin yaradılması həmin ərazilərin alıcılar üçün cəlbediciliyini artıra bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 28 Sentyabr 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















