Icma.az
close
up
RU
Paytaxtın mərkəzində 24 mərtəbəli binalarda yaşayan sakinlər təhlükə altında olduqlarını deyir: “Ədalətsizliklərin ən dözülməzi “qanun” adı altında...”

Paytaxtın mərkəzində 24 mərtəbəli binalarda yaşayan sakinlər təhlükə altında olduqlarını deyir: “Ədalətsizliklərin ən dözülməzi “qanun” adı altında...”

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında (Bakı Əyləncə Mərkəzinin yanı) yerləşən 24 mərtəbəli 4 binanın sakinləri təhlükə ilə üz-üzə olduqlarını deyir. Onlar bildirir ki, təhlükə mənbəyi isə binalardan ikisinin altında yerləşən avtoyuma məntəqəsidir.

Bizimyol.info xəbər verir ki, II və III binanın zirzəmisini əhatə edən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması üçün sakinlər illərdir müxtəlif dövlət orqanlarına şikayət edirlər. Hətta hüquqi müstəvidə də mübarizə aparırlar. Bu məsələ bir dəfə Ali Məhkəməyə qədər gedib çıxıb. Oradan bir daha yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə geri qaytarılıb. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayətçi sakinlərin əleyhinə qərar verib. Onlar yenidən Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Məlumat üçün qeyd edək ki, həmin binaları zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan “Sahil-D Kompany” inşa edib. Şirkət binaların inşasına 2006-cı ildən başlasa da, ora mülkiyyətçilər 2016-cı ildən köçüb yaşayıblar.

Binalardakı 450-dən artıq mənzilin, eləcə də binların altındakı xeyli qeyri-yaşayış sahəsinin idarəçiliyi əvvəllər Mənzil-Tikinti Kooperativinin idarəçiliyində olub. Lakin sonradan “Xətai-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bu qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2022-ci ilin əvvəlindən binaların idarəçiliyi də ona verilib.

Cəmiyyət avtoyumanın fəaliyyəti ilə bağlı da iclas keçirib, onun bağlanması ilə bağlı qərar qəbul ediblər. Lakin obyektin sahibləri bununla razılaşmayıb. Onlar iddia edir ki, başqa mülkiyyətçilər kimi, o da 12 il əvvəl “Sahil-D Kompany” ilə müqavilə bağlayıb, 226 kvadrat metrlik qeyri-yaşayış sahəsini alıb.

Şikayətçi sakinlər isə bildirir ki, ona satılmış 226 kvadrat metrlik ərazinin 87 kvadrat metrlik hissəsi ümumi istifadədə olan avtomobil yollarına və insanların liftlərə yaxınlaşmaq üçün gedib-gəldiyi yola düşür.

Onlar qeyd edir ki, həmin ərazinin satılması haqda 2013-cü il tarixli müqavilə üzrə verilən cizgi-plan müqavilədən 10 il sonra - “Sahil-D Kompani” şirkətinin hüquqi sədri olmayan Adilağa Hüseynov tərəfindən verilib. O, MMC-nin sədri olmadığı üçün belə bir plan-cizgi vermək hüququ yoxdur: “Etibarsız cizgi-plan üzrə hüquqlardan sui-istifadə olunur. Ümumi istifadədə olan avtomobil yoluna və sakinlərin istifadə etdiyi liftə yaxınlaşmaq üçün yolda avtoyuma fəaliyyəti göstərir, bununla da bina sakinlərinin hüquqları pozulur. Həmin hissə eyni zamanda liftlərin giriş-çıxışını da zəbt etməkdədir”.

Sakinlər əlavə edib ki, avtoyuma məntəqəsi zirzəmidə yerləşdiyinə və həmin məntəqənin havalandırma şəraiti olmadığına görə avtomaşınların üzərinə və təkərlərinə vurulan kimyəvi maddələr buxarlanaraq insan sağlamlığına ciddi təhlükə yaradır. Bu da “Avtomobil yolları haqqında” qanunna qadağan edilib. Bu qanunun 34-1-ci maddəsinə əsasən, avtomobil yollarına kanalizasiya, sənaye və çirkli suları, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıtmaq, habelə daş, çınqıl, qum və ot tökmək, yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq qadağandır.

Bina sakinləri onu da qeyd edir ki, avtoyuma məntəqəsi zirzəmidə yerləşir. Mənzil Məcəlləsinin 35.1 və 37.1 maddəsinə əsasən, zirzəmi sakinlərin ümumi paylı əmlakıdır. Ümumi paylı əmlak konkret kiməsə aid ola bilməz.

“Ali Məhkəmə işi apellyasiya instansiyasına qaytaranda iki sual qoymuşdu: Bu avtoyuma məntəqəsi binaların özəl təməlinə və onların dayanıqlılığına ziyan vururmu? Bina sakinlərinin həyatı üçün təhlükə törədirmi? Lakin təəssüf ki, apellyasiya məhkəməsində hakim bu suallara cavab tapmadan, layihə sənədlərinə diqqət yetirmədən, zirzəmiyə baxış keçirmədən avtoyuma məntəqəsinin fəaliyyətini qanuniləşdirən qərar qəbul etdi. 2000 nəfər Azərbaycan vətəndaşının təhlükəsiz yaşamaq hüququnu isə nəzərə almadı”, -.sakinlər gileylənir.

Onlar bildirir ki, ən qorxulu hadisə avqustun 8-də səhər saat 10.10-da avtomaşınların yuyulduğu ərazinin 2-3 metrliyində yerləşən elektrik şitindəki güclü partlayışla müşahidə edilən yanğın oldu. Bu zaman 110 mənzilin elektrik sayğacları və ona xidmət edən qurğular yanıb. Nəticədə binada yaşayanlar işıqsız qalıb: “Yanğın və partlayışa səbəb avtoyumanın yaratdığı nəmişlik və onun buxarıdır. Çünki bu avtoyumanın havalanma sistemi yoxdur. Hadisə gecə baş versəydi, 24 mərtəbəli binadan insanları təxliyə etmək mümkün olmayacaqdı. İşıq kəsilən kimi liftlər dayanacaqdı. Binanı bürüyən tüstü neçə insanın həyatına son qoya bilərdi. Biz istədik ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov əraziyə baxış keçirsin, olanları özü görsün. O isə imtina etdi. Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. Bu, insanı da çox ağrıdır, dövləti də sarsıdır”.

Qeyd edək ki, daha bir məhkəmə prosesi isə avtoyuma məntəqəsinə çıxarış alınması üçün gedir. Obyektin sahibləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ona çıxarış verilməsi öhdəliyinin qoyulması tələbi ilə məhkəmədə iddia qaldırıb. “Sahil-D Kompany” şirkəti və “Xətai-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti üçüncü şəxslər qismində məhkəmə prosesinə cəlb olunub.

Avtoyuma məntəqəsinin rəhbərləri iddia ərizəsində göstərib ki, F.Bayramov küçəsi 1156 ünvanında 2013-cü ildə 140 min manat ödəyərək, “Sahil-D Kompany” şirkətinin tikdiyi binadan 226 kvadrat metrlik qeyri-yaşayış sahəsi alıb. Əlində maliyyə arayışı, müqavilə arayışı var. Həmin ünvanda başqa qeyri-yaşayış sahəsi alanlara çıxarış verilsə də, ona verilməyib.

Bakı İnzibati Məhkəməsi avqustun 5-də iddianı təmin edib və çıxarış verilməsi barədə qərar çıxarıb. Prosesə üçüncü şəxs qismində qoşulan sakinlər bu qərardan apellyasiya şikayəti veriblər. Onlar hesab edir ki, bu qərar qanunsuzdur və ləğv olunmalıdır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri