Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Paytaxtla regionlarda uşaq hüquqları ilə bağlı fərqlər: Balansı necə qorumaq olar?

Paytaxtla regionlarda uşaq hüquqları ilə bağlı fərqlər: Balansı necə qorumaq olar?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb)

İnsan hüquq və azadlıqlarının müdafiəsində ən vacib məqamlardan biri də uşaq hüquqlarının müdafiəsidir. Azərbaycanda da bu sahədə son illər bir sıra mühüm işlər görülüb. 

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyası və ölkənin milli qanunları ilə təsbit olunur. 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları haqqında" qanunu Konvensiyanın prinsiplərinə uyğun olaraq hazırlanıb.

Bu müdafiəyə uşaqların yaşamaq, inkişaf etmək (təhsil, oyun, istirahət), zorakılıqdan qorunmaq və cəmiyyətdə iştirak etmək hüquqları daxildir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən İnsan Hüquqları üzrə Müvəkkilin Uşaq hüquqlarının müdafiəsi sektoru və digər müvafiq qurumlar uşaqların hüquqlarının təmin edilməsinə çalışır. 

Aydın məsələdir ki, uşaq hüquqlarının təmin edilməsində valideynlər də aktiv iştirak etməlidir. Onların prosesdə iştirakı uşaq hüquqlarının qorunmasına əsaslı töhfə verə bilər.

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, onların təhsil, sağlamlıq, asudə vaxtlarının keçirilməsinin təşkili ilə bağlı paytaxt Bakı və regionlar arasında hansı fərqlər var?

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, ümumən Azərbaycan ailəsi uşağayönümlü ailədir:


"Yəni uşağın mənafeyi, maraqları baxımından ona doğru gedən ailədir. Uşaq hüquqları, onların maraqları, mənafeləri, müasir üslubda təlim-tərbiyyəsi bölgələrimizdən daha çox paytaxt Bakıda tətbiq olunur. Təbii ki, rayonlarda da valideynlər tərəfindən uşaqların müdafiəsinə, təhlükəsizliyinə önəm verirlər. Amma bununla belə, uşağın müasir mühitdə inkişafı məsələsində rayonlarda paytaxtla müqayisədə imkanlar kifayət qədər əlçatan deyil".

Bu isə həmsöhbətimizə görə, əsasən ailənin maddi və intelektual səviyyəsilə bağlıdır:

"Həm də rayonlarda uşaq hüquqlarının inkişafına xidmət edəcək kifayət qədər mövcud xidmətlər, pulsuz paketlər o qədər də çox deyil. Bəzi rayonlarda günərzi mərkəzləri var ki, validenylər övladlarını ora qoya bilir və burada onlara inkişafyönümlü tədbirlər keçirlər. Lakin rayonların əksəriyyəti bu imkanlardan da məhrumdur. Uşaqların təhsil, sağlamlıq hüququ, bunların da maddi xərcləri var. Amma bununla paralel müəyyən xərclər var ki, valideynlər onu bəzi hallarda tam qarşılaya bilmir. Məsələn, uşaqların asudə vaxtının keçirilməsinin təşkilində problemlər yaranır". 

Birlik sədri qeyd edir ki, ölkədə uşaqların asudə vaxtı kifayət qədər təmin olunmur: 

"Eyni zamanda, təmin olunması üçün imkanlar da lazımi səviyyədə deyil. Çünki xidmətlər olduqca bahadır. Ona görə də inkişaf perspektivi baxımından yaxşı olardı ki, daha əlçatan imkanlar yaradılsın. Əhalinin müəyyən təbəqəsini nəzərə alaraq prosesin pulsuz olması vacibdir. 

Bakı şəhəri üzrə uşaqların hüquqlarının müdafiəsi istiqamətində vəziyyət yaxşıdır. Lakin ümumən götürəndə ucqar kəndlər, rayonlarda bu istiqamətdə müəyyən məhdudiyyətlərə rast gəlirik. Bölgələrdə inkişafyönümlü mərkəzlər olduqca azdır. Ona görə də uşaq hüquqlarının müdafiəsi sahəsində paytaxtla rayonlar arasında balans bir qədər pozulur".

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see330

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see194

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see166

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri