Peaky Blinders geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Netfliks"in dünyaşöhrətli "Stranger Things" serialında Conatan Bayers rolu ilə tanınan aktyor Çarli Hiton məşhur qanqster dramı "Peaky Blinders"ın davamında rol alacaq.
Kulis.az xəbər verir ki, gənc aktyor ekran işində Tommi Şelbinin oğlunu canlandıracaq.
Çarli Hiton serialda Tomas Şelbinin müharibədən sonra Birmingemə, evinə qayıdan kiçik oğlu Çarlz obrazında çıxış edəcək. Onun böyük qardaşı Dyuk rolunu isə məşhur aktyor Ceymi Bell canlandıracaq.
Altı seriyadan ibarət olacaq yeni serial Şelbi ailəsinin növbəti nəslinin həyatından bəhs edəcək. Ekran işindəki hadisələr İkinci Dünya müharibəsinin bitməsindən on il sonrakı dövrü əhatə edəcək. Süjetə görə, müharibənin dəhşətlərini yaşamış Çarlz atasının və ailəsinin mənsub olduğu kriminal dünya ilə bütün əlaqələrini kəsməyə çalışır.
Serialın dəqiq yayım tarixi hələlik elan edilməyib. Bununla belə, layihənin güclü aktyor heyəti artıq bəllidir. Ceymi Bell və Çarli Hitonla yanaşı, ekran işində Cessika Braun-Findli, Laşana Linç və Lüsi Karçevski kimi tanınmış simalar da yer alacaqlar.
Xatırladaq ki, bu ilin mart ayının sonunda "Netfliks" platformasında Birmingem qanqsterləri və onların əfsanəvi lideri Tomas Şelbinin hekayəsinə tamamilə yekun vuran tammetrajlı "Peaky Blinders: The Immortal Man" filmi təqdim olunmuşdu. Yeni mini-serial isə bu böyük tarixin ardını fərqli bir nöqtədən işıqlandıracaq.
"Ətin tökülsün, Kəramət!" - Bu qəhrəman niyə deputat olmaq istəyir? Məşhur müğənni vəfat etdi Unudulmamağın haqqını vermək - Nadir Yalçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 25 May 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















