Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Pedaqogika tarixinin görkəmli tədqiqatçısı

Pedaqogika tarixinin görkəmli tədqiqatçısı

Icma.az, 525.az saytına istinadən bildirir.

Dünya xalqlarının təhsil və pedaqoji fikir tarixi sahəsində araşdırmalarım geniş elmi mənbələr üzərində işləməyimi zəruri edir. Bir neçə il öncə Moskvada yaşayan həmyerlimiz, pedaqoji elmlər namizədi Zemfira Mehdizadənin vasitəsilə çoxdan axtardığım "Pedaqoqika narodov mira" ("Dünya xalqlarının pedaqogikası") kitabını əldə etdim. Bu əsər yalnız konkret tədqiqatım üçün deyil, pedaqoji fikir tarixini dərindən öyrənmək üçün əvəzsiz xəzinəm oldu.

Kitabın müəllifi Azərbaycanda doğulmuş, İkinci Dünya müharibəsində könüllü iştirak etmiş, Rusiyada pedaqogika sahəsində mühüm elmi nailiyyətlər qazanan, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, professor, türk kökənli Qədriyə-Ülkər Səlimovadır. Onun pedaqoji irsi Şərq, ümumilikdə dünya xalqlarının məktəb və pedaqoji fikir tarixini əhatə edir. Bu zəngin irs "Qədim Çində məktəb və pedaqoji fikir tarixi" mövzusunda apardığım tədqiqatlarımda fundamental baza rolunu oynadı, eyni zamanda, məni yeni bir mövzuda - görkəmli alim Qədriyə-Ülkər Səlimovanın pedaqoji irsi haqqında araşdırmalara yönəltdi. Araşdırmalarım zamanı məni narahat edən bir məqam ortaya çıxdı: hələ sovet dövründə dünyanın pedaqoji ictimaiyyəti tərəfindən tanınan, nüfuzlu universitetlərdə mühazirələr oxuyan Qədriyə xanım öz vətənində - Azərbaycanda yetərincə tanınmır. Düşünürəm ki, geniş tədqiqat işimin kiçik bir hissəsi olan bu məqalə Qədriyə-Ülkər Səlimovanın pedaqoji mirasının Azərbaycan ictimaiyyətinə tanıdılması baxımından əhəmiyyətli rol oynacaq. Qeyd edim ki, ötən il görkəmli alimin 100 illiyi münasibətilə Rusiyada yubiley tədbirləri keçirilib. Həmyerlimizin pedaqogika elmi qarşısındakı xidmətlərini unutmayan rusiyalı alimlərə ürəyimdə minnətdarlıq hissi duydum.

Qədriyə-Ülkər Səlimova 15 fevral 1924-cü ildə Bakıda, Türkiyədən siyasi baxışlarına görə mühacirət etmiş İsmayıl bəyin ailəsində dünyaya gəlib. Uşaqlıqdan dillərə maraq göstərən Qədriyə-Ülkər alman dilini mükəmməl mənimsəyib, eyni zamanda "Morze" əlifbasını öyrənib. 

1941-ci ildə orta məktəbi bitirən Qədriyə-Ülkər Azərbaycan Neft Sənayesi İnstitutuna qəbul olub. Lakin İkinci Dünya müharibəsi səbəbindən təhsilini yarımçıq qoyub, könüllü olaraq cəbhəyə yollanıb. 17 yaşında bir qız üçün bu, sadəcə təhsildən ayrılmaq deyil, həyat və ölüm arasında bir seçim idi. Yaxınlarının etirazına baxmayaraq, o, tərəddüd etmədən Vətən uğrunda döyüş yoluna çıxıb.

Macarıstan, Rumıniya, Bolqarıstan, Çexoslovakiya, Polşada ağır döyüş yolu keçən Qədriyə-Ülkər qələbə xəbərini Vyanada eşidib. O, 1945-ci ildə artıq SMERÇ əks-kəşfiyyat idarəsinin kapitanı kimi ordudan tərxis olunub. Müharibə Qədriyə-Ülkərə ordenlər və medallar qazandırıb, lakin onun ən böyük qazancı həyat təcrübəsi, mübarizə ruhu olub. Müharibədən sonra o, silahı qələmlə əvəz edib. Qarşıda onu pedaqogika elminin inkişafına həsr olunacaq bir ömür gözləyirdi.

ELM YOLUNDA İNAMLI ADDIMLAR

Müharibədən qayıtdıqdan sonra Qədriyə-Ülkər neft mühəndisliyi sahəsində təhsilini davam etdirmək istəmir, Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olur. Ali məktəbdən uğurla məzun olduqdan sonra təhsilini Moskva Dövlət Universitetinin aspiranturasında davam etdirir. Burada o, İkinci Dünya müharibəsi iştirakçısı, görkəmli filosof Evald İlyenkovla tanış olur. Onlar ailə həyatı qururlar. Bu evlilik ömür boyu davam edir. Onların, jurnalist və psixoloq kimi fəaliyyət göstərəcək Yelena adında qızları dünyaya gəlir.

Qədriyə-Ülkər Səlimova 1953-cü ildə "Con Tolandın fəlsəfi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək SSRİ Pedaqoji Elmlər Akademiyasında elmi fəaliyyətə başlayır. Onun tədqiqatları təhsil nəzəriyyələri və pedaqoji fikrin öyrənilməsinə yönəlmişdi. Qədriyə-Ülkər Səlimovanın pedaqoji dünyagörüşü məhz SSRİ Pedaqoji Elmlər Akademiyasının nəhəng elmi laboratoriyasında formalaşıb. Burada o, müxtəlif mədəniyyətlər və pedaqoji ənənələrlə tanış olub, beynəlxalq elmi əməkdaşlıqlara qoşulub. Yaponiyadakı praktik və nəzəri təcrübələri, dünya xalqlarının pedaqoji irsini dərindən öyrənməsi və elmi müzakirələrdə iştirak etməsi, onun pedaqoji düşüncəsini zənginləşdirib, zaman-zaman pedaqogikanın fundamanetal qlobal mövzularında araşdırmalar aparmasına, aparıcı fikir və ideyalar irəli sürməsinə yol açıb.

İNGİLİS PEDAQOGİKASINA ELMİ BAXIŞ

1950-1960-cı illərdə Qədriyə-Ülkər Səlimova SSRİ Pedaqoji Elmlər Akademiyasının Ümumi Pedaqogika Tarixi sektorunda çalışaraq Qərb pedaqoji fikrini araşdırmağa başlayıb. Onun elmi maraqları İngiltərə təhsil sisteminə yönəldi və uzunmüddətli araşdırmaları nəticəsində 1971-ci ildə "İngilis pedaqogikasında əmək təlimi problemi (1870-1970)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

PEDAQOGİKADA YENİLİKÇİ ADDIMLAR

1970-ci illərdən etibarən alimin rəhbərliyi altında SSRİ Pedaqoji Elmlər Akademiyasının Xarici Ölkələrin Məktəb və Pedaqogikası Laboratoriyası fəaliyyət dairəsini genişləndirib. O, ənənəvi yanaşmaları aşaraq Qədim Şərq, Hindistan, Çin və Yaponiya pedaqogikasını tədqiq etməyə başlayıb. Bu yanaşma sovet pedaqogikasında yenilikçi addım idi.

Qədriyə-Ülkər Səlimova Pedaqogika Tarixçilərinin daimi Beynəlxalq Konfransının (ISCHE) fəal üzvü kimi pedaqogika tarixçiləri arasında beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə öz töhfəsini verib. Onun təşəbbüsü ilə gənc tədqiqatçılar Avropa elmi mərkəzlərində təcrübə keçmək imkanı qazanıblar. Alimin rəhbərliyi ilə 20-dən çox aspirant xarici ölkələrin təhsil tarixinə dair sanballı elmi işlər müdafiə edib. O, pedaqogika tarixini yalnız keçmişin öyrənilməsi kimi deyil, gələcəyə yönəlmiş bir elm sahəsi kimi təqdim edirdi.

DÜNYA PEDAQOGİKASINA AÇILAN PƏNCƏRƏ

XX əsrin sonu - XXI əsrin əvvəllərini Qədriyə-Ülkər Səlimovanın elmi fəaliyyətində yeni zirvə hesab etmək olar. O, 2001-ci ildə pedaqogika tarixi sahəsində nüfuzlu araşdırmaları ilə tanınan, Utrext Universitetinin professoru Nana Dodde ilə birlikdə "Dünya xalqlarının pedaqogikası" adlı fundamental dərs vəsaitini hazırladı. Bu kitabın əsas özəlliyi hər ölkənin təhsil tarixinə dair fəsillərin həmin ölkədən olan alimlər tərəfindən yazılması idi. Bu yanaşma dərsliyə obyektivlik qazandırmaqla yanaşı, pedaqoji ənənələrin daha dərindən öyrənilməsinə imkan yaratdı. O, bu layihədə Azərbaycan təhsilinin tarixini işıqlandırmağa, pedaqoji irsimizi dünyanın elmi ictimaiyyətinə çatdırmağa nail oldu. Onun təşəbbüsü yalnız bir dərsliyin nəşri ilə məhdudlaşmadı, O, həm də elm adamlarını müxtəlif təhsil sistemlərini öyrənməyə, müqayisə etməyə və yeni yanaşmalar formalaşdırmağa təşviq edirdi. Qədriyə-Ülkər Səlimovanın bu əsəri dünyanın nüfuzlu universitetlərinin kitabxana fondunda saxlanılır, əhəmiyyətli mənbə kimi istinad və tədris olunur.

QƏRB VƏ ŞƏRQ ARASINDA TƏRBİYƏ DİALOQU

Qədriyə-Ülkər Səlimovanın fundamental əsərlərindən biri olan "Qərb. Şərq. Tərbiyə haqqında dialoqlar" pedaqoji fikrin təkamülünü Qərb və Şərq təhsil ənənələrinin qarşılıqlı təsiri fonunda araşdırır. Müəllif burada tərbiyə və təhsil sistemlərinin formalaşmasını intellektual dialoq, dünyagörüşlərinin, mənəvi dəyərlərin qarşılaşması çərçivəsində təqdim edir. Görkəmli Şərq və Qərb maarifçilərinin fikir və ideyalarını, pedaqoji yanaşmalarını müqayisə edərək, oxucuya pedaqogikanın elmi inkişaf yolunu anlamağa imkan yaradır.

ŞƏRQİN PEDAQOJİ XƏZİNƏSİ

Qədriyə-Ülkər Səlimovanın elmi irsində xüsusi yer tutan əsərlərdən biri də "Şərqin pedaqoji irsi" (2009) adlı monoqrafiyası, pedaqoji fikrin tarixi ilə bağlı fundamental bir tədqiqatdır.

Bu əsərdə alim Çin, Hindistan, Yaponiya, İran, Türkiyə, ərəb ölkələri və Azərbaycanın təhsil ənənələrini qədim dövrlərdən müasir zamana qədər araşdıraraq, Şərqin pedaqoji irsini sistemli şəkildə təhlil edir, tarixi faktlarla yanaşı, pedaqoji ideyaların necə formalaşdığını, nəzəriyyələrin bir-birinə təsirini dərindən öyrənib meydana çıxarır. Müəllif pedaqogikanı təkcə bir elm sahəsi kimi deyil, həm də mədəniyyətlərarası dialoqun, dəyərlərin formalaşması, tərbiyə və bilik ötürülməsi prosesinin ayrılmaz hissəsi kimi təqdim edir. Görkəmli alimin bu monoqrafiyası Şərq pedaqoji düşüncəsinin çoxşaxəli və dərin köklərə malik olduğunu göstərməklə yanaşı, onun müasir təhsilə təsirlərini də açıq şəkildə ortaya qoyur.

Qədriyə-Ülkər Səlimova elmi-pedaqoji tədqiqatlar sahəsində böyük xidmətlərinə görə 2002-ci ildə Rusiya prezidentinin mükafatına layiq görülüb.

Pedaqoji elmlər doktoru Yelena Roqaçeva, 2024-cü ildə yazdığı məqalədə Qədriyə Səlimova ilə uzun illər elmi əməkdaşlıq etdiyini və onunla yaxın dostluq münasibətləri qurduğunu qeyd edir. O, Səlimovanın rəhbərlik etdiyi laboratoriyada çalışmaqdan və burada dövrünün görkəmli alimləri ilə əməkdaşlıq etməkdən böyük xoşbəxtlik duyduğunu vurğulayır, yazır ki, Qədriyə-Ülkər Səlimova, beynəlxalq aləmdə, xüsusilə İngiltərə və Yaponiya kimi ölkələrdə tanınır. Onun elmi fəaliyyəti bir çox alimlərin pedaqoji araşdırmalarına təsir göstərib.

1990-cı ildə Praqada Pedaqogika Tarixçilərinin Beynəlxalq Konfransında iştirak edərkən, onun təşəbbüsü ilə pedaqogika tarixçiləri arasında beynəlxalq tədqiqatçılar qrupu yaradılır. Bu qrupa Avropanın aparıcı ölkələrindən - Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, eləcə də ABŞ, Avstraliya və Cənubi Afrika Respublikasından olan tanınmış alimlər daxil olur. 1991-ci ildə isə o, Suzdalda görkəmli pedaqogika tarixçisi Feliks Aronoviç Fradkinlə birlikdə pedaqogika tarixi üzrə mühüm bir elmi görüş təşkil edir. Bu görüşün nəticəsində Qədriyə Səlimovanın redaktorluğu ilə "Pedaqogika tarixi tədris vəsaiti kimi (Beynəlxalq təcrübə)" adlı monoqrafiya hazırlanır. Qədriyə-Ülkər Səlimovanın bu təşəbbüsləri onun pedaqogika tarixi sahəsindəki əvəzsiz töhfələrini bir daha təsdiqləyir.

Qədriyə Səlimova Şərq xalqlarının pedaqoji fikir tarixi ilə bağlı tədqiqatlar apararkən Yaponiyaya bir neçə dəfə səfər edib. Bu zaman o, yapon alimləri Toşio Nakauçi və Coşio Kataqiri ilə pedaqoji irs və ənənələr barədə dərin müzakirələr aparıb. Tanınmış amerikalı pedaqogika tarixçisi Qlena Smit, yapon tədqiqatçı Keyko Seki, İngiltərədən olan tanınmış pedaqoq Riçard Oldric və Brayn Saymon, Polşadan Çeslav Mayorek, Norveçdən Gündəm Bork Qədriyə xanımla yaxın dostluq və elmi əməkdaşlıq münasibətlərində olublar.

Qədriyə Səlimovanın elmi irsi beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edir. Onun əsərləri ABŞ, Yaponiya, Portuqaliya, Çin və digər ölkələrdə nəşr edilib. Məqalədə qeyd etdiyim əsərləri ilə yanaşı, "İngiltərədə əmək təliminin tarixi" və "A. Qramşi. İnsanın formalaşması" kimi əsərləri də pedaqoji fikir tarixində əhəmiyyətli yer tutur. Yaponiyanın təhsil uğurlarına həsr etdiyi "Uğura çatmaq" kitabı da geniş maraq doğurub. Professor Qədriyə-Ülkər Səlimovanın pedaqoji tədqiqatları, əsərləri bu gün də aktuallığını qoruyub saxlayır, təhsil və pedaqoji fikir tarixi tədqiqatçıları tərəfindən qiymətli elmi mənbə kimi istifadə olunur.

Qeyd: Məqalənin hazırlanmasında tibb elmləri doktoru, professor, Tacikistan Respublikası Tibb Elmləri Akademiyasının xarici üzvü Mehman Məmmədovun və pedaqoji elmlər doktoru Yelena Roqaçevanın araşdırmalarından istifadə edilib.

Böyükağa MİKAYILLI,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Məktəbəqədər və ibtidai təhsil" elmi-metodik jurnalın baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri