“Süni intellekt və humanitar elmlər: müasir vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) “Süni intellekt və humanitar elmlər: müasir vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla konfransın əhəmiyyətini vurğulayıb. O süni intellektin humanitar elmlərin inkişafında strateji rol oynadığını, yeni metodoloji yanaşmalar formalaşdırdığını və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edib. Akademik tədbirdə 50-dən çox ölkənin nümayəndələrinin təmsil olunduğunu diqqətə çatdırıb və konfransın işinə uğurlar arzulayıb.
Digər çıxış edənlər mövzunun aktuallığını vurğulayıblar və süni intellektin humanitar sahələrə təsirinin, tədqiqat və tədris prosesində tətbiq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















