Pedaqoji Universitetdə ORTAK layihəsi təqdim olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin irəli sürdüyü Türk dünyası ali təhsilində ortaqlıq sertifikat proqramı - ORTAK layihəsi ilə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Tədris departamentinin müdiri dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin Mədəni və sosial əlaqələr departamentinin koordinatoru Sərvət Turan və mütəxəssisi Fazilə Zeynalzadə iştirak ediblər.
Məlumat verilib ki, ORTAK proqramının məqsədi Türk dünyasının ali təhsil müəssisələri və idarəçiləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı gücləndirmək, ali təhsilin idarə olunması sahəsində liderlik, bilik, bacarıq və təcrübə potensialının inkişafına töhfə vermək, həmçinin ali təhsilin idarə edilməsi istiqamətində həm tətbiqi, həm də nəzəri tədqiqatları dəstəkləməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 23 Aprel 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















