Icma.az
close
up
RU
Pekində ictimaiyyətin şikayətlərinə operativ reaksiya forumu keçirilib AZƏRTAC

Pekində ictimaiyyətin şikayətlərinə operativ reaksiya forumu keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 19 dekabr, AZƏRTAC

Çin İctimai Elmlər Akademiyasının, Çin Media Qrupunun və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə ictimaiyyətin şikayətlərinə operativ reaksiya forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, 40-dan çox ölkədən 160 nümayəndənin iştirak etdiyi forum şəhər idarəetməsində innovasiyaların, ağıllı texnologiyaların tətbiqi məsələlərinə, dayanıqlı şəhər inkişafına həsr olunub.

Açılış mərasimində Çin Kommunist Partiyasının (ÇKP) Pekin şəhəri üzrə katibi İn Li Çin paytaxtının timsalında şəhər idarəetmə sisteminin modernləşdirilməsi, urbanizasiyasının inkişafı, sakinlərin rahatlığının təminatı üçün görülən işlərdən danışıb. Bildirib ki, 3 min il yaşı, 870 illik paytaxt tarixi olan Pekin tarixi və mədəni irsi, eyni zamanda, təxminən 22 milyonluq əhalisi ilə sürətlə inkişaf edən meqaşəhərdir. Sakinlərin həyatının rahatlığının təminatı, şikayətlərinin təmin olunması üçün ictimai xidmətlər sistemi davamlı şəkildə yaxşılaşdırılır, yeni texnologiyaların tətbiqinə geniş yer verilir. Çin rəhbərliyi Pekinin yaşıl inkişaf, harmonik şəhər modelinə nail olması üçün müxtəlif layihələr icra edir.

Çin İctimai Elmlər Akademiyasının prezidenti Qao Sian “İctimai şikayətlərə yumşaq rekasiya” islahatının mərkəzində insan amilinin dayandığını və onun ictimai tələblərə səmərəli cavab vermək missiyasını daşıdığını deyib.

BMT Baş katibinin müavini Su Haolian videoçıxışında sürətlə dəyişən dünyada şəhərlərin qlobal tərəqqinin ön cəbhəsində olduğunu, bununla yanaşı, şəhər əhalisi artdıqca şəhərlərin təmin etdiyi çoxsaylı imkanların və böyümə yollarının da əhəmiyyətli çətinliklərlə üzləşdiyini deyib. O, sözügedən məsələlərin müzakirəsi üçün Pekin forumunun yaxşı platforma olduğunu diqqətə çatdırıb.

Tədbirdə ÇKP-nin ictimai iş departamentinin rəhbəri U Hanşen, Pekin meri İn Yon, İordaniyanın sabiq Baş naziri Omar Al-Razaz, Afina merinin müavini Andreas Qrammatikogiannis və başqaları şəhər idarəetməsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır, 2050-ci ilədək bu göstərici 70 faizə çatacaq. Ölkələr şəhər əhalisinin sayının çoxalması fonunda şəhər idarəetməsi sahəsində yeni çağırışlarla üzləşir.

İkigünlük forumun panel iclaslarında müvafiq dövlət orqanlarının rəhbərləri, elm adamları, ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri məhz həmin çağırışların həlli yollarını müzakirə ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri