Pensiya alanların nəzərinə KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
2026-cı il yanvarın 1-i vəziyyətinə 1098,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statisika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.
2025-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 38,8 min ailəyə 40,3 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,1 min nəfərə birdəfəlik müavinətlər verilib.
2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 95,7 manat təşkil edib.
Müxtəlif kateqoriyadan olan 406,9 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.
Baxış sayı:139
Bu xəbər 16 Mart 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















