Icma.az
close
up
RU
Pensiya kapitalı şəxsin özünə verilə bilmir: “Çünki ortaya bu pul yoxdur”

Pensiya kapitalı şəxsin özünə verilə bilmir: “Çünki ortaya bu pul yoxdur”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Pensiyaya çıxan şəxsin öz istəyi olarsa, onun pensiya fondunda yığılmış vəsaiti investisiya yatırmaq məqsədi ilə həmin şəxsin özünə verilsin”.

“Cebheinfo.az” xəbər verir ki, bu təkliflə parlamentin bugünkü iclasında deputat Arzuxan Əlizadə çıxış edib.

Deputat əlavə edib ki, pensiyaya çıxan şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda olan vəsait vərəsəlik qaydasında onun varisinə verilməlidir:

“Bu məsələnin qanunvercilikdə yer alması lazımdır. Nəzərə almaq lazımdır ki, pensiya ömrü uzun deyil. Bu baxımdan, bu məsələlər vacibdir. Ayrıca olaraq bir sıra spesifik sahələrdə çalışan şəxslər pensiya yaşına çatdıqda onun işdən azad olunması məsələsinə də yenidən baxıla bilər. Elə sahələr var ki, orada həmin şəxslərin daha uzun müddət işləməsi faydalı olur”.

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu, çox yaxşı təklifdir:

"Lakin Azərbaycanda pensiya kapitalı mövcud deyil. İşləyən vətəndaşların ödədikləri sığorta vəsaiti kapital kimi yığılmır. Əmək qabiliyyətli olan əhalinin əməkhaqqından çıxılan sığorta indiki pensiyaçıların məvaciblərinin ödənilməsinə yönəldilir. Yəni, kapital yoxdur, sadəcə rəqəm var. Belə olan halda dünyasını dəyişən, ölkənin vətəndaşlığından imtina edən pensiyaçının pensiya kapitalını ödəmək üçün hansı vəsaitdən istifadə etmək olar?”

Ekspert bildirib ki, bunun üçün ancaq büdcədən vəsait ayırmaq olar:

“Bu da büdcə yükünün artmasına gətirib çıxarır. Təklif yaxşı olsa da, Azərbaycanın mövcud pensiya qanunvericiliyində mümkün deyil. Çünki Azərbaycanda fərdi uçot yoxdur". İqtisadçı qeyd edib ki, dövlət pensiyaçıların işləməməsi üçün çalışmalıdır: "Çünki onlar artıq əmək qabiliyyətlərini itirmiş sayılırlar. İkinci, ölkədə pensiya məbləği artırılmalıdır. Pensiya məbləği o qədər yüksək olmalıdır ki, pensiyaçının işləməyə ehtiyacı qalmasın. Lakin bəzi sahələrdə, xüsusilə təhsil sahəsində pensiyaçıların işləməsi zərurət yaradır".

Ləman İsmayıl

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri