Icma.az
close
up
RU
Pensiya təyin edilmə qaydası təsdiqləndi

Pensiya təyin edilmə qaydası təsdiqləndi

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün hansı dövrlərin xidmət müddətinə güzəştli şərtlərlə aid edildiyi müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən. hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün aşağıdakı dövrlər xidmət müddətinə güzəştli şərtlərlə aid edilir:

– xidmətin bir ayı iki ay sayılmaqla:

– döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicə müəssisələrində fasiləsiz olma müddəti;

– respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və

daha çox hündürlükdə xidmət müddəti;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə reaktiv, turbovintli və turbovallı aviasiyada uçuş işində xidmət müddəti;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlərlə su altında və barokameralarda yüksək təzyiq şəraitində qalmaqla iş aparan dalğıc vəzifələrində xidmət müddəti.

– xidmətin bir ayı ayyarım sayılmaqla:

– müvafiq dövlət orqanlarının və qurumlarının rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarının, daxili işlər və ədliyyə orqanlarının xüsusi və ya hərbi rütbəli şəxslərinin xidmət dövrü;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət dövrü;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə həmin orqanların (qurumların) xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrində (struktur bölmələrində) xidmət müddəti;

– . Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi şərtlərlə:

– paraşütlə tullanma ilə bağlı bütün növ vəzifələrdə xidmət müddəti;

– sualtı qayıqlarda (qurğularda, aparatlarda) onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə xidmət müddəti;

– porşen mühərrikli təyyarələrdə və helikopterlərdə uçuş işində xidmət müddəti;

– sırada olan, bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsini, müdafiəsini və toxunulmazlığını həyata keçirən sərhəd gəmilərində və katerlərində xidmət müddəti;

– sərhəd mühafizə orqanlarının Azərbaycan Respublikasının dövlət sərhədinin bilavasitə mühafizəsini və müdafiəsini həyata keçirən əsas bölmələrində (sərhəd zastavası, sərhəd komendantlığı, sərhəd nəzarəti bölməsi (məntəqəsi), sərhəd gəmisi (kateri), radiotexniki post, sahil nəzarəti bölməsi (məntəqəsi), sərhəd hava gəmisi) və dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd döyüş məntəqələrində,

texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında) xidmət müddəti;

– bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində xidmət müddəti (bu Qaydanın 2-2.1.4-cü yarımbəndində göstərilən dalğıclar istisna olmaqla);

– respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metrdən 2500 metrədək hündürlükdə xidmət müddəti;

– cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı tətbiq edilən fövqəladə vəziyyət zamanı ictimai asayişi və dövlət təhlükəsizliyini qoruma vəzifələrinin yerinə yetirildiyi müddət.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət günü iki xidmət günü (1992-ci il yanvarın 1-dən 2004-cü il sentyabrın 13-dək olan dövrlər, habelə həmin dövrlərdə alınan yaralar, kontuziyalar və ya xəstəliklər nəticəsində müalicə müəssisələrində olma müddəti bir xidmət günü üç xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət gününün iki xidmət günü kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyi olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) xidmət edən (işləyən) əməkdaşların xidmət müddəti isə 2 iş günü 3 iş günü kimi hesablanır.

Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət müddəti 1 xidmət günü 2 xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə 1 xidmət günü 3 xidmət günü kimi hesablanır. Bu Qaydalarda nəzərdə tutulmayan hallarda xidmət dövrləri ayrı-ayrı hüquqi aktlar əsasında güzəştli şərtlərlə müəyyənləşdirilir. Güzəştli şərtlər müəyyən edilmiş vəzifələrdə (ərazilərdə) xidmət müddətinin güzəştli qaydada sayılması müvafiq əmrlərə əsasən həyata keçirilir. Güzəşt müəyyən edilmiş vəzifələrin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə bu vəzifələrin icrası ilə bağlı güzəştlər icra etdikləri vəzifədə xidmət şərtlərinə uyğun hesablanır.

Hərbi və xüsusi rütbəli şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətinin (qulluq illərinin) hesablanması “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanununa, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 24 iyul tarixli 725 nömrəli və “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarlarına, 2026-cı il 1 yanvar tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanması isə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.

Bu Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri