Pensiya yaşına çatanlarla bağlı YENİ TƏKLİF Həm maaş, həm ödəniş… KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin komitə iclasında yaş məsələsi mübahisələrə səbəb olub. Deputat Elşad Musayev deyib ki, orta məktəb müəllimi 65 yaşında pensiyaya çıxır, amma akademiya prezidenti 95 yaşında da işləyir. Musa Quliyev isə bildirib ki, yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. Sözügedən mövzu sosial şəbəkələrdə yeni müzakirələr yaradıb. Əksəriyyət 65 yaşdan sonra işləyən adamların həm pensiya, həm də maaş almasını ədalətsizlik hesab edir.
Azərbaycanda hər kəs birmənalı qaydada, 65 yaşdan sonra təqaüdə göndərilməlidirmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov xatırladıb ki, bir müddətdən sonra qadınlar da, kişilər də 65 yaşda təqaüdə çıxacaqlar:
“Lakin bu, savadlı mütəxəssislərə şamil edilməməlidir. Məsələn, akademiyada çalışan alimlər, müəllimlər, həkimlər bu sırada yer ala bilər. Çünki onlar gənclərə örnəkdir. Təqaüdə çıxan adamın çalışması işəgötürənə sərf etməlidir. Yaxud enerji üzrə mütəxəssisləri təqaüd yaşına çatan kimi uzaqlaşdırmaq yanlışdır. Elə adamları dərhal özəl şirkətlər dəvət edirlər. Polislər, prokurorluq işçiləri, Ədliyyə Nazirliyinin əməkdaşları hüquq müdafiəçiləri kimi fəaliyyətlərini davam etdirə bilərlər. Lakin iqtisadi nöqteyi-nəzərdən maraqlı model yaratmaq istəyiriksə, mütəxəssisləri qorumalıyıq”.
İqtisadçı bildirib ki, bəzən 25-30 yaşında olanlar 65 yaşlı insanın işini görə bilmir:
“Yaxşı kadrlar üçün imkan daxilində şərait yaradılmalıdır. Fikrimcə, bu model üzrə addımlamaqda fayda var”.


