Icma.az
close
up
RU
Aİ növbəti ikili standart oyunu ilə Cənubi Qafqazda suyu bulandırır

Aİ növbəti ikili standart oyunu ilə Cənubi Qafqazda suyu bulandırır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Parlamentində anti-Azərbaycan dinləmələri sülh prosesinə təhdiddir

İkili standart, qərəz və hay təəssübkeşliyi yenə Avropanın aparıcı siyasi institutlarının gündəliynə daxil olub. Əlbəttə, bunu təsadüf hesab etmək sadəlövhlükdür. Uzun illər erməni lobbisinin maraqlarının təmsilçisi rolunu oynayan Avropa İttifaqı (Aİ) və onun nəzarətində olan Avropa Parlamentində anti-Azərbaycan təbliğatının yeni dalğası müşahidə olunmaqdadır. Birinci dəfə deyil ki, bu qurumlar Cənubi Qafqazı sülh və əmin-amanlığa aparan yola kötük diyirlədir, kimlərinsə sifarişi ilə, korporativ maraqları naminə bölgədə eskalasiya atmosferi yaratmağa çalışırlar. Son günlər Avroparlamentdə keçirilən Azərbaycan dinləmələri də məhz bu məkrli niyyətin təzahürü sayılmalıdır.

Avropa Parlamentinın mütəmadi olaraq Azərbaycana münasibətdə açıq qərəzli, ikili standartlı yanaşmalara yol verməsi, ölkəmizin əleyhinə müxtəlif xarakterli qərar və qətnamələr qəbul etməsi təzə söhbət deyil. Fəaliyyətində hay təəssübkeşliyini ön plana çıxaran Aİ-nin qanunverici orqanının hədəf və məqsədləri bizə yaxşı məlumdur. Makron Fransasının hegemonluq etdiyi qitənin hüquq təsisatlarının əsas məqsədi Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh və təhlükəsizlik mühitinin yaranmasına hər vəchlə mane olmaqdır. Onlarda qıcıq yaradan digər amil isə bölgənin şəriksiz liderinə çevrilmiş Azərbaycanın dünyada söz sahibi olması və getdikcə artan nüfuzudur. Məhz bu amil ermənipərəst Qərbi əməlli-başlı əndişələndirir.

Dekabrın əvvəlində Brüsseldə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədini bu narahatlığın təzahürü saymaq olar. Azərbaycan Xarici İşlər Nazirliyi bu müqaviləni Azərbaycan–Ermənistan sülh gündəliyinə zərər vuran zidd addım adlandırıb. Həqiqətən də bu sənəd postmünaqişə dövrünün reallıqlarını təhrif etməklə yanaşı, bütövlükdə Azərbaycanla Ermənistan arasında finişə doğru gedən sülh gündəliyini şübhə altına alır.

***

Qeyd etdiyimiz sənəddə Aİ ilə Ermənistan arasında növbəti 7 il müddətində strateji prioritetlər müəyyənləşdirilir, rəsmi İrəvanın reallıqdan və regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsü dəstəklənir. Amma nədənsə çoxsaylı müddəaların yer aldığı həmin müqavilədə 8 avqust Vaşinqton sammitində qəbul edilən Birgə Bəyannamə, iki ölkə arasında normallaşma prosesinin detalları ilə bağlı əldə olunan razılaşma, eləcə də tərəflər üçün müstəsna əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin adı çəkilmir. Bu, nədən xəbər verir? Ağıla gələn ilk sual-ehtimal budur: bəlkə Ermənistan Vaşinqtonda imzaladığı TRIPP sazişi çərçivəsində boynuna götürdüyü öhdəlikləri icra etmək niyyətində deyil? Bu kontekstdən yanaşanda Aİ-nin həmin layihəni dəstəklədiyi ilə bağlı verdiyi bəyanat da göydən asılı vəziyyətdə qalır və ciddi suallar yaradır.

Azərbaycanın yalnız Aİ-nin və Ermənistanın qərəzli mövqelərinin əks olunduğu məlum sənədə öz etirazını bildirməyə tam haqqı çatır. Axı, sözügedən sənəddə regiondakı mövcud reallıqla yanaşı, ölkəmizin mövqeyi də nəzərə alınmalı idi. Ən azı, ona görə ki, rəsmi Bakı Ermənistana taxıl daşınması üçün özünün dəniz və dəmir yolu tranzitini açıq elan edib. Maraq doğuran digər məsələ Avropa İttifaqının öz daxilində TRIPP ilə bağlı yekdil fikir mövcud deyil. Bu layihənin tərəfdarları kimi, əleyhdarları da var. Məsələn, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos ötən günlərdə erməni mediasına verdiyi müsahibəsində “Beynəlxalq Sülh və Rifah naminə “Tramp Marşrutu” toxunaraq, onunla bağlı təqdiredici nikbin fikirlər söyləyib. “Tramp Marşrutu” layihəsi çərçivəsində vəsait yatırmağa hazır olduqlarını dilə gətirən səfir Aİ-nin regionda istənilən infrastruktur layihəsini dəstəkləyəcəyini birmənalı şəkildə vurğulayıb. İntəhası, qurum daxilindəki sorosçu, sağ radikal, eləcə də liberal qüvvələr Cənubi Qafqazda yaranmaqda olan sülh və sabitlik mühitinə hər vəchlə ziyan vurmağa çalışır, TRIPP layihəsinin Avropanın deyil, Birləşmiş Ştatların maraqlarına xidmət edəcəyi kimi ikibaşlı və zərərli tezislər irəli sürülər. Aydın görünən odur ki, Avropa İttifaqı Ermənistanla birlikdə Ağ Evin sahibi Donald Trampın şəxsən iştirakı və vasitəçiliyi ilə əldə edilmiş sülh gündəliyinin əleyhinə çıxır. Brüsseldə imzalanmış Aİ–Ermənistan sənədində ABŞ prezidentinin təşəbbüsü ilə yaradılan TRİPP layihəsinə istinadın olmaması faktı məhz bu qərəzli yanaşmanın bariz nümunəsi sayılmalıdır. Onu da nəzərə çatdıraq ki, Aİ-nin əsas qurumlarından hesab edilən Avropa Parlamentində dəfələrlə “Tramp marşrutu”na ikili yanaşmanı əks etdirən müzakirələr keçirilib. Qətiyyətlə deyə bilərik ki, Aİ-nin Azərbaycana qarşı qısqanc və qərəzli yanaşması bu günün yox, uzun illərin “xroniki xəstəliyidir” və biz onun “qalxma və enmə” dövrlərinin sistematik xarakter daşıdığının şahidiyik.

Fransanın formalaşdırdığı və idarə etdiyi Aİ-nin daxilindəki anti-Azərbaycan qüvvələr zəfərimizlə başa çatan Vətən müharibəsinə qədər bir çox hallarda ölkəmizin ərazi bütövlüyünə, İrəvanla sülh danışıqlarında haqqa və ədalətə dəstək vemirdilər. Onlar Azərbaycan kimi separatizmdən əziyyət çəkən Gürcüstan, Ukrayna və Moldovaya qarşı da eyni yanaşmanı sərgiləyirdilər. Bu gün Avropa Parlamentində haypərəstlərin düzənlədiyi dinləmələrin əsas məqsədi Cənubi Qafqazda yaranmaqda olan sülh, sabitlik və əməkdaşlıq mühitinə zərbə vurmaq, bölgəni yenidən münaqişə ocağına çevirməkdir.

***

Avropanın nüfuzdan düşmüş bu təsisatı son illər gah Azərbaycana müxtəlif böhtanlar atır, gah da Bakıdan Aİ üzvü olan ölkələrin enerji daşıyıcıları ilə təminatına yardım göstərməyi xahiş edirdi. Bu isə Aİ-nin hətta ikili standartların sərhədlərini aşan ikiüzlü siyasətdir.

Bu əsnada Aİ-nin Ermənistanda qeyri-legitim fəaliyyət göstərən mülki missiyasının fəallaşması da gözdən yayınmayıb. “Binokllu diplomatlar” adlandırdığımız, əslində isə fransız və alman kəşfiyyatçılarının toplaşdığı bu üzdəniraq missiya Aİ-nin bölgədə sülhə qarşı yürütdüyü siyasətin tərkib hissəsidir. Həm də Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan mülki müşahidə missiyasının fəaliyyətinə xitam vermək əvəzinə, Brüssel onun mövcudluğunun qorunması, missiyanın tam operativliyinin təmin olunması qeydinə qalmaqla məşğuldur. Bu missiyanın yarandığı ilk gündən bölgədə sülhə qarşı çıxdığı, təxribatçı bəyanat və hesabatlar yaydığı barədə dəfələrlə yazmışıq. Artıq sirr deyikl ki, Aİ-nin Ermənistanla bütün cəbhələrdə birgə fəaliyyətinin əsas məqsədi Vaşinqton razılaşrmalarının pozulması, onların Paris və Brüsselin müəyyən etdiyi gündəliklə əvəzlənməsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Bakı və İrəvan arasında vasitəçisiz dialoq, Cənubi Qafqazda gedən sülh prosesi, Azərbaycan və Ermənistanın üçüncü tərəfin iştirakı olmadan danışıqlar aparması, eləcə də sərhəddə insidentlərin baş verməməsi, atəşin açılmaması Aİ-ni bərk narahat edir. Bölgədə ayırıcı xətlər çəkməyə çalışan “kollektiv Qərb”i həm də Azərbaycanın artan nüfuzu narahat edir. Fəqət artıq hamıya məlumdur ki, Avropanın korrupsiyaya uğramış təsisatları daxili didişmələr, parçalanma və ziddiyyətlər içində çabalayır.

Böyük siyasətdə subyektliyini itirən Aİ-nin bu gün diqqəti “qoca qitə”nin qorxulu yuxuna çevrilmiş Ukraynadakı qanlı müharibəyə deyil, sülhün bir addımlığında olan Azərbaycan və Ermənistana yönəltməyinin bir adı var: sülh prosesinə mane olmaq, bölgədə bayrağını qaldırmaq. Avroparlament beynəlxalq ictimaiyyətin eşitməyəcəyi qərəzli dinləmələri ilə, guya, bölgədə itirdiyi mövqeyini İrəvan üzərindən bərpa etməyə çalışır. Onun bu çirkli planının əvvəlkilər kimi iflasa uğrayacağı birmənalıdır.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri