Icma.az
close
up
RU
“Pensiya yaşına çatmış həkimi bayıra atmaq olmaz” Professor Yeni Çağ Media

“Pensiya yaşına çatmış həkimi bayıra atmaq olmaz” Professor Yeni Çağ Media

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Regionlarda həkimlərin işləməsi üçün stimullaşdırıcı faktor olmalıdır. Ev verilməli, maaşı yüksək olmalı, kommunal şəraiti dərhal təmin edilməli, başqa kommunal xərclərdən azad olunmalıdır. Yəni, bir sıra üstünlüklər verilməlidir”.

Bunu “Unikal”a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, rayona gedən həkim bilməlidir ki, bu cür üstünlükləri var:

“Bu, müəyyən dövr üçün çox vacibdir. İcbari tibbi sığorta yaranandan fiksə olunmuş maaş sisteminə keçməli idik. Bu, məsələnin həllinə çox kömək edəcəkdi, amma olmadı. Arxasında korporativ maraqlar dayanan işlər baş verdi və nəticədə bu istiqamətdə icbari tibbi sığortadan yararlana bilmədik. İcbari tibbi sığortanın bir hədəfi də həkimlərin peşəkarlığının artmasıdır. Hesab edirəm ki, bu işin qurulmasında yanlışlıqlar olduğundan regionlarda həkim çatışmazlığı ilə üzə-üzə qalmışıq”.

Professor qeyd edib ki, pensiya yaşına çatmış həkimi bayıra atmaq olmaz: “Əgər həmin həkim əmək qabiliyyətini saxlayıbsa, təcrübəlidirsə, öz işindən məmnundursa, özü də pensiyaya getmək istəmirsə, ona hansısa formada şərait yaradılmalıdır. Ola bilər ki, çalışdığı xəstəxanada yer yoxdur və s. Onu başqa yerə köçürmək olar. Bu iş TƏBİB-in əlindədirsə, bunlara görə birbaşa məsuliyyət daşıyır. Bu cür həkimlərin işlə təmin olunmasına diqqət etmək lazımdır. Pensiya yaşına çatması o demək deyil ki, işdən azad olunsun. ABŞ-də bu gün 80 yaşlı şəxs prezident seçilir. İnsan əmək qabiliyyətini saxlayıbsa, faydalılıq əmsalı varsa, cəmiyyət onun fəaliyyətindən fayda görürsə, burada yaşın nə önəmi var? Bu əslində həkimlərə qarşı sayqısızlıqdır”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri