Icma.az
close
up
RU
Pensiyalar nə qədər artacaq? Dəqiq rəqəm

Pensiyalar nə qədər artacaq? Dəqiq rəqəm

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu, əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, artımlarla bağlı müraciətlərə və suallara aydınlıq gətirib:

“Son dövrlər əməkhaqqı, pensiya, müavinətlər, təqaüdlər, eləcə də gözlənilən artımlarla bağlı paylaşımlarımıza rəğmən, yenə də çoxsaylı müraciətlər təqdim olunur. Təkrar olmasın deyə, qeyd edək ki, bu paylaşım müraciətlərin çox olması səbəbilə təqdim olunur. Çünki əvvəlki müraciətlərimizdə bu istiqamətdə fikirlərimizi bölüşmüşük. Təbii ki, bir sıra yeni rəqəmlər təqdim olunub, gələn həftə büdcə müzakirəsi olacaq. Orada da artımlarla bağlı, eləcə də bir sıra məsələlər öz əksini tapacaq. Bildiyiniz kimi, bu həftə təqdim olunan məlumata əsasən, hansı ki büdcə sənədi əksini tapıb, 2025-ci ildə orta pensiya məbləği 516 manat olacaq. Bu əvvəlki ilə müqayisədə 50 manat artım deməkdir. Artım minumum pensiya məbləği ilə yox, ölkə üzrə orta aylıq pensiya məbləğindəki artımı xarakterizə edir. Ona görə də artım birbaşa ölkə üzrə orta aylıq pensiya məbləğinə şamil olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözlənti orta aylıq pensiya məbləğinin 516 manata yüksəlməsi ilə bağlıdır”.

Deputat bütün növ əmək pensiyalarında artımların olacağını açıqlayıb:

“Minumum pensiya və minumum əməkhaqqının artırılması ilə bağlı cənab prezident tərəfindən göstəriş verilib. Həmin göstərişə uyğun olaraq, artımla bağlı məsələlər yekunlaşmaq üzrədir. Bizim təklifimiz ondan ibarətdir ki, 2023-2024-cü illərdəki artım faizi, inflyasiya nəzərə alınmaqla pensiya və minimum əməkhaqqıda artımlar həyata keçirilsin. Biz fiskal imkanlar çərçivəsində daha çox artımların həyata keçməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı gələn həftə başlanılacaq büdcə müzakirələrində də öz təkliflərimizi təklif edəcəyik. Hər iki istiqamətdə, pensiya və əməkhaqqı artımları növbəti ildən reallaşmalıdır. Bu proses praktik olaraq yekunlaşmaq üzrədir. Artıq dekabrın sonuna doğru büdcə təsdiq olunacaq. Cənab Prezident tərəfindən növbəti ilin əvvəlində gözlənilən sərəncam imzalanacaq. Bütün növ əmək pensiyalarında artım olacaq. Bu, indeksləşdirmə əsasında artımdır. İndeksləşdirmə infilyasiya əsasən yox, orta aylıq artım faizinə əsasən həyata keçirilir. 2024-cü ildə orta aylıq əməkhaqqı nə qədər artırılıbsa, pensiya da o qədər artırılacaq. Burada bütün növ əmək pensiyalarından söhbət gedir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see537

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see288

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see236

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see234

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see222

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Faizlər (İyun 2026)

04 İyun 2026 13:26see222

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see220

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see210

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see208

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see208

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see203

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see195

Təzyiq düşəndə bədən nə hiss edir?

04 İyun 2026 19:19see183

ABŞ də 60 ildən sonra ət yeyən parazit xəbərdarlığı

04 İyun 2026 22:13see176

Həkimdən xəbərdarlıq: Qan qrupunun səhv təyini ölümə səbəb ola bilər

05 İyun 2026 04:05see172

“Zülfüqar” ləqəbli döyüşçü UFC turnirinə hazırlığını Bakıda davam etdirəcək

05 İyun 2026 01:52see169

“Kəpəz”in legionerinə milli dəvət

05 İyun 2026 00:26see167

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see167

Dəriyə necə qulluq etməliyik?

05 İyun 2026 02:02see163

Kot d İvuar Duenin qolu ilə Fransaya qalib gəlib

05 İyun 2026 01:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri