Icma.az
close
up
RU
Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək

Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məcburi dövlət sosial sığorta haqqından fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən vəsaitin həcmi dəyişir, sosial sığorta ehtiyatının artımına şərait yaradılır.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Layihəyə əsasən, bunun üçün məcburi dövlət sosial sığorta haqlarının 90 faizi deyil, 85 faizi yönəldiləcək. Başqa sözlə, fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olacaq. pizza mizza

Beləliklə, islahatın məqsədlərindən biri həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi, dayanıqlılığının artırılması üçün sosial sığorta ehtiyat”nda artımlara şərait yaradılmasıdır. Sosial sığorta ehtiyatının əsas hədəfi pensiyaların hər il indeksləşdirilərək artırılması, o cümlədən minimum pensiyanın, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağın anadan olmasına, uşağa görə və dəfn üçün müavinətlərin artırılmasıdır. Sığorta ehtiyatında sosial sığorta haqları hesabına toplanan vəsaitlər, nəticə etibari ilə yenidən əhalinin sosial müdafiəsinin effektiv təşkilinə yönəldilir.

Qeyd edək ki, son 7 ildə həyata keçirilmiş 5 sosial islahat paketi üzrə illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Nəticədə minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımlar baş verib. Toplanan sığorta ehtiyatı bu artımların davamlı xarakter alması üçün əlavə dəstək rolunu oynayır.

Digər təklif olunan dəyişikliyə görə, məcburi dövlət sosial sığorta haqlarının da artıq 2,5 faizi deyil, 3 faizi idarəetmə xərclərinə yönəldiləcək. Əgər hazırda məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdisə, təklif olunan dəyişikliyə görə idarəetmə xərcləri məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 3 faizi məbləğində müəyyənləşdirilən xərclər olacaq.

Qanun qəbul ediləcəyi halda bu müddəalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri