Pentaqon ABŞ Nəqliyyat Nazirliyinə öz aviasiya dispetçerlərini işə götürməyi təklif edib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin müharibə naziri Pit Heqset federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda kadr çatışmazlığı səbəbindən hərbi hava dispetçerlərini ölkənin mülki hava limanlarına göndərməyi təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi məlumat verib.
"ABŞ-nin müharibə naziri Pit Heqset dünən mənə mesaj göndərdi və bildirdi ki, onun bir neçə hava dispetçeri ola bilər və əgər mən onlara istifadə sahəsi tapa bilsəm, onları mənə təklif edəcək. Hələ bilmirəm, istifadə edə biləcəyəmmi, çünki onlar bizim ehtiyac duyduğumuz hava məkanlarında işləmək üçün sertifikatlaşdırılmayıb. Amma əgər mümkün olsa, onları işə cəlb edəcəyəm", – Daffi CNN telekanalına müsahibəsində deyib.
O əlavə edib ki, hazırda ABŞ-də təxminən 1-2 min hava dispetçerinə ehtiyac var və bu vəziyyət hökumət işə başlayandan sonra da davam edəcək.
"Şatdaundan bir gün əvvəl dörd hava dispetçerinin istefasını qəbul etmişdim, indi isə gündə 15-20 nəfər işdən çıxır. Bu səbəbdən şatdaundan sonra dispetçer sayını artırmaq mənim üçün daha çətin olacaq", – deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 09 Noyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















