Icma.az
close
up
RU
Pentaqon Alyaskadakı 1,5 minə yaxın hərbçini hazır vəziyyətə gətirib

Pentaqon Alyaskadakı 1,5 minə yaxın hərbçini hazır vəziyyətə gətirib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi Minnesota ştatına təxminən 1500 hərbi qulluqçu göndərməyə hazırlaşır. Bu barədə The Washington Post qəzeti ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, əmr ABŞ Quru Qoşunlarının Alyaskada yerləşən 11-ci hava-desant diviziyasının iki piyada batalyonunun hərbçilərinə şamil edilib. Bu bölmə aşağı temperatur şəraitində əməliyyatlar üzrə ixtisaslaşıb. Hərbçilərə operativ hazırlıq vəziyyətində olmaq tapşırılıb, lakin kontingentin Minnesotaya göndərilməsi ilə bağlı yekun qərar hələlik qəbul edilməyib. Pentaqonda bu addımı ştatdakı etirazların dayandırılmayacağı təqdirdə atılan "ağıllı planlaşdırma" adlandırıblar.

Minnesotadakı etirazlar ICE (İmmiqrasiya və Gömrük Mühafizə Xidməti) agenti tərəfindən Minneapolis sakini, 37 yaşlı Rene Makklin Qudun öldürülməsindən sonra başlayıb. Agent qadını avtomobildə olarkən güllələyib. ABŞ Prezidenti Donald Tramp yerli hakimiyyət orqanlarının ictimai asayişi qorumağa "qadir olmadığı və ya istəmədiyi" təqdirdə Minnesotada "Üsyan haqqında Qanun"u tətbiq edəcəyi ilə hədələyib. Bu qanun etirazları yatırmaq üçün ştatlara ordu bölmələrinin yeridilməsinə icazə verir.

"Bloomberg"in mənbələrinin məlumatına görə, FTB (Federal Təhqiqat Bürosu) agentlərə mesaj göndərərək, "müvəqqəti tapşırıqları yerinə yetirmək" üçün Minneapolislə köçürüləcək könüllülərin tapılmasında kömək istəyib.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri