Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyi ölkə ordusu üçün iki yeni uzaqmənzilli raketi sınaqdan keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti"nin materialında bildirilib.
Söhbət uzaqmənzilli hipersəs silahlarından ("Long-Range Hypersonic Weapon" sistemi, LRHW), eləcə də yüksəkdəqiqlikli raketdən ("Precision Strike Missile", PrSM) gedir.
LRHW dekabrda Kanaveral burnunda sınaqdan keçirilib: raket planlaşdırılan trayektoriyaya daxil olub və seçilmiş hədəfi dəqiqliklə vurub. Bu, ilk uğurlu buraxılış olub, çünki daha əvvəl bu raketlər yerə düşüb.
Sözügedən sistem nəqliyyat-buraxılış konteynerində AUR raketini, həmçinin C-HGB döyüş başlığını daşıyır. Qeyd edilir ki, C-GHB ən azı 5 Max sürətə çata bilir.
Öz növbəsində, PrSM ABŞ-nin "Lockheed Martin" konserni tərəfindən ABŞ ordusunda ATACMS raketlərini əvəz etmək üçün hazırlanıb.
Materialda xəbər verildiyi kimi, Pentaqonun yeni PrSM raketlərinin Ukraynada döyüş şəraitində sınaqdan keçirilməsinə qərar verəcəyi istisna edilmir. Bu baxımdan, agentlik qeyd edir ki, onların Ukrayna Silahlı Qüvvələrində peyda olması mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















