“Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirildi FOTOLAR
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və muzeyin Uşaq şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək qonaqlara layihənin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, nəşrin, həmçinin animasiya filminin əsas qayəsi uşaqları Azərbaycan xalçalarının gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək, ənənələri qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu nağıl Azərbaycan və rus dillərində işıq üzü görüb. Sevimli nağıl qəhrəmanı ilə tanış olmaq istəyən hər kəs “Pəri xanımın sehrli xalçaları” kitabını muzeyin mağazasından əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 07 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















