Icma.az
close
up
RU
Peru mətbuatı Azərbaycanda keçirilən COP29dan yazır

Peru mətbuatı Azərbaycanda keçirilən COP29dan yazır

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Perunun kütləvi informasiya vasitələri ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi barədə məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, “El Peruano”, “La Razon” qəzetləri, eləcə də “Infobae” və “OjoPúblico” kimi onlayn platformalarda yayımlanan materiallarda COP29-un əhəmiyyəti geniş şəkildə vurğulanır. Məqalələrdə qeyd olunur ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda bir araya gəliblər.

Məqalələrdə Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarından sitatlar yer alıb. Yazılarda Prezident İlham Əliyevin sözlərinə istinad olunaraq qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətlərdir və ölkələr nə malik olduqları sərvətlərə, nə də onları bazara çıxardıqlarına görə tənqid edilməməlidir.

Həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.

Eyni zamanda, konfransın qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün unikal platforma olduğu bildirilir. COP29 iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəflərinə nail olmaq üçün yeni maliyyə resurslarının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Konfransın əsas məqsədlərindən biri, qlobal istiləşmənin mənfi təsirlərinin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasıdır. COP29 iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin qarşısını almaq və qlobal istiliyin artımına qarşı müvafiq addımlar atmaq üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilir. Həmçinin, iqlim dəyişikliyinin qarşısının alınmasının Peru üçün vacibliyi vurğulanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri