Icma.az
close
up
RU
Peru mətbuatı Azərbaycanda keçirilən COP29dan yazır

Peru mətbuatı Azərbaycanda keçirilən COP29dan yazır

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Perunun kütləvi informasiya vasitələri ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi barədə məqalələr dərc edib. SİA xəbər verir ki, “El Peruano”, “La Razon” qəzetləri, eləcə də “Infobae” və “OjoPúblico” kimi onlayn platformalarda yayımlanan materiallarda COP29-un əhəmiyyəti geniş şəkildə vurğulanır. Məqalələrdə qeyd olunur ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə konkret addımları müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, alimlər və ekoloji fəallar Bakıda bir araya gəliblər.

Məqalələrdə Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarından sitatlar yer alıb. Yazılarda Prezident İlham Əliyevin sözlərinə istinad olunaraq qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətlərdir və ölkələr nə malik olduqları sərvətlərə, nə də onları bazara çıxardıqlarına görə tənqid edilməməlidir.

Həmçinin iqlimşünaslar və ekoloqların karbohidrogenlərin iqlim dəyişikliyinə qarşı mübarizə ilə bir araya sığmadığını israr etdiyi qeyd olunub və dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.

Eyni zamanda, konfransın qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün unikal platforma olduğu bildirilir. COP29 iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəflərinə nail olmaq üçün yeni maliyyə resurslarının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Konfransın əsas məqsədlərindən biri, qlobal istiləşmənin mənfi təsirlərinin azaldılmasına yönəlmiş yeni razılaşmaların imzalanmasıdır. COP29 iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərin qarşısını almaq və qlobal istiliyin artımına qarşı müvafiq addımlar atmaq üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilir. Həmçinin, iqlim dəyişikliyinin qarşısının alınmasının Peru üçün vacibliyi vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 07:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri