Icma.az
close
up
RU
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...

Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Peşə məktəblərinə qəbulun bitməsinə günlər qalıb, lakin hələ də bu prosesdə boşluqlar var. Həmin boşluqlar isə seçim etmək istəyənlərə sözün həqiqi mənasında əngəl törədir. Maksimum 30 dəqiqə, 1 saata həll olunan iş az qala 2-3 gün vaxt aparır.

Bəs söhbət hansı problemlərdən gedir? İnsanlar nədən şikayətçidirlər?

Lent.az peşə məktəbinə qəbul olunmaq istəyən şəxslər müxtəlif şikayətlər ünvanlayıblar.

“2024-cü ilin məzunuyam. Həmin il buraxılış imtahanından 30 bal topladım. Bu il isə yenidən imtahana daxil olaraq nəticəmi 5 dəfə yüksəldib, 150-yə çatdırdım. Kibertəhlükəsizlik üzrə təhsil almaq istəyirəm, universitetə qəbul üçün nəticəm yetərli olmadığından həmin ixtisas üzrə ən yaxşısı peşə məktəbində oxumaqdır deyə düşündüm. Lakin bu il peşə məktəbinə qeydiyyatdan keçmək istəyəndə yalnız ötənilki nəticələrimlə ixtisas seçimi edə biləcəyimi gördüm. Bu məni çox məyus etdi”, - deyə şikayətlərin birində qeyd olunur.

Görünən odur ki, ilk çətinlik ötən ilin məzunları ilə bağlıdır. 2024-cü ildə buraxılış imtahanından 30 bal toplayan abituriyent bu il yenidən imtahan verərək daha yüksək nəticə göstərsə də, peşə məktəbinə qəbulda ona hazırkı balından istifadə etməyə icazə verilmir. Məzun yalnız attestatda göstərilən balla peşə ixtisasları seçməyə məcbur qalır. Qeyd edək ki, ötənilin məzunlarına kollecə və ali məktəbə qəbulda builki nəticəsindən istifadə etməsi üçün şərait yaradılsa da, eynisi təəssüf ki, peşə təhsilinə şamil olunmur. Peşə təhsil müəssisələrinə qəbulda Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələri yox, attestata yazılan qiymət nəzərə alınır. Hələ də agentlik bir növ DİM-in interfeysinə inteqrasiya olumayıb.

Başqa bir şikayətdə qeyd olunur: “Peşə məktəblərinə ixtisas seçimi edərkən ən vacib məqamlardan birinə, agentliyin saytında yer alan ünvanalara baxırıq. Amma təəssüf ki, baxıb heç nə görə bilmirik. Bəzən hüquqi ünvan yazılır, faktiki ünvan yazılmır. Gedəndə deyirlər ki, bura deyil. Bəzən ümumiyyətlə naviqatorla da tapmırıq. İstəyirik ki, zəng edək, yer barədə maraqlanaq, amma sayta ya nömrə qoyulmur, ya da o nömrələr “mövcud olmur”. Taksilər belə, tanımır. Məktəblərdən birinin ünvanı Yardımlı yazılıb, baxırsan ki, Bakıda imiş. Eləsi var ki, Bakı yazılıb, gedib Ələtə çıxırsan. Bu problemlər seçim etməyimizə mane olur. Bilmirik kimdən soruşaq, nə edək”.

Şikayətin nə dərəcədə əsaslı olub-olmadığını görmək üçün özümüz də daxil olub baxdıq.Və gördüyümüz mənzərə deyilənləri bir daha təsdiqlədi. Bəzi peşə məktəblərinə dair ümumiyyətlə məlumat yoxdur, bəzilərində qeyd olunan nömrələr deaktivdir, bəzisini tapmaq üçün isə cəzaçəkmə müəssisəsinə yollanmaq lazımdır.

Digər şikayətdə bildirilir ki, peşə məktəbinə qəbulda bu ilə qədər plan yeri barədə məlumat verilmirdi. Amma indi də keçid balı anlayışı yoxdur:

“Ötən il peşə məktəblərinə seçim edəndə heç bir plan yeri görünmürdü. Yəni 20-30-40 yer olduğunu bilmədən seçim edirdik. Təbii ki, maksimum 5 ixtisas yaza bildiyimiz üçün bilib-bilmədən seçim edəndə də, qəbul olmama ehtimalımız artırdı. Bu il o problem həll olunsa da, hələ də keçid balı anlayışı yoxdur. Biz bilmirik ki, filan ixtisasa qəbul üçün təxmini neçə balımız olmalıdır. Bunu bilməmək seçimləri daha da çətinləşdirir. Məcburən illərdir ixtisas seçimi ilə məşğul olan şəxslərə üz tuturuq. Bizim üçün problemdir bu hal”.

Bu şikayətlə bağlı da bir qədər araşdırma etdik. Həqiqətən də kollec və universitetdən fərqli olaraq peşə təhsil müəssisələrinə qəbulda keçid balı anlayışı yoxdur. Xüsusən yüksək texniki peşə təhsili universitetə qəbulda tramplin rolu oynadığı üçün oraya qəbul olmaq istəyənlərin sayı daha çoxdur, lakin keçid balı olmadığından ixtisas seçimində də çətinliklərlə qarşılaşmamaq mümkün deyil. Təsəvvür edin, 5 seçim edə bilərik, ancaq keçid ballarından xəbərimiz yoxdur. Bu, vəziyyəti bir növ şansa buraxmaqdan fərqsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri