Peşə tanınması imtahanında İbtidai sinif müəllimliyi üzrə 83 faizdən çox namizəd uğursuz olub
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanlarının statistikası açıqlanıb.
Operativ Media xəbər verir ki, “Hüquqşünaslıq” ixtisası üzrə 75 iştirakçıdan yalnız 37 nəfəri 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək kvalifikasiyalarının tam tanınması üzrə şəhadətnamə əldə edib. Uğursuz nəticələr əsasən Rusiya və Ukrayna ali təhsil müəssisələrinin məzunları arasında qeydə alınıb. Belə ki, Rusiya Federasiyası ATM-lərindən 37 müraciətçidən 22-si, Ukrayna ATM-lərindən (Ali Təhsil Müəssisəsi) isə 29 nəfərdən 16-sı imtahanda uğursuz olub.
İbtidai sinif müəllimliyi ixtisasında 6 namizəddən 5-i, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasında isə 29 iştirakçının 19-u imtahanda uğursuz nəticə göstərib. Uğursuz nəticələrin əsas hissəsi müvafiq olaraq Rusiya, Ukrayna və Gürcüstan ali təhsil müəssisələrinin məzunları arasında qeydə alınıb.
TKTA-nın idarə heyətinin sədri Tural Əhmədov bildirib ki, bu nəticələr ixtisasların tanınması prosesində beynəlxalq kvalifikasiyaların uyğunluğunu qiymətləndirməyin vacibliyini göstərir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları