Icma.az
close
up
RU
Peşəkar futbolda ilk addımlarını atan 12 yaşlı Zeynəbin atası: Gecələr gizlicə məşq etdiyini sonradan bildim FOTO AZƏRTAC

Peşəkar futbolda ilk addımlarını atan 12 yaşlı Zeynəbin atası: Gecələr gizlicə məşq etdiyini sonradan bildim FOTO AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəlilabad, 22 noyabr, İlkin Adıyev, AZƏRTAC

Son günlər Zeynəb Tanrıverdiyevanın futbol oynadığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Cəlilabadda yaşayan Zeynəbin oğlanlardan ibarət komandada futbol oynaması və topla etdiyi hərəkətlər diqqət çəkməyə bilməzdi.

AZƏRTAC-ın bölgə müxbiri 12 yaşlı Zeynəblə görüşüb, onunla həmsöhbət olub.

Zeynəb hələ 9 yaşında ikən futbola, futbolçuların topla necə hərəkət etmələrinə maraq göstərib. Kriştianu Ronaldonun oyunlarını izləməklə futbola olan həvəsi daha da artıb. O, müəllimi olmadan öz bacarıqlarını məhşur futbolçuların videolarına baxmaqla inkişaf etdirməyə çalışıb.

“Doqquz yaşım olanda kompüterdə futbol hərəkətlərinə baxmağa başladım. Kriştianu Ronaldonun bir neçə qolunu izlədim və ondan bəzi hərəkətləri öyrənməyə başladım. Sonra topla hərəkət etmə videolarına baxırdım və bu, məni daha da həvəsləndirirdi. Valideynlərim əvvəllər futbol oynamağımı istəmirdilər, düşünürdülər ki, bu, dərslərimə mənfi təsir edəcək. Onlar narahat idilər ki, futbol oynamağa başlasam, təhsilimə laqeyd yanaşaram. Lakin belə olmadı. Vaxtımı elə tənzimləyirəm ki, nə dərslərimdə, nə də idmanımda, problem yaranır. Cəlilabadda oğlanlar arasında futbol oynayan yeganə qız olmaq mənim üçün həm qürurverici, həm də maraqlı təcrübədir. Oyun zamanı etdiyim hərəkətlər görənlərdə maraq doğurur. Sosial şəbəkələrdə videom yayılandan sonra “Sabah” Futbol Klubu məni Bakıya dəvət etdi. Orada məndən böyük qızlar arasında keçirilən yarışlarda iştirak etdim və çıxışım müsbət qiymətləndirildi. Bu, mənim üçün həm motivasiya, həm də özümü sübut etmək üçün bir fürsət idi” , - deyə o bildirir.

Zeynəb əvvəlcə həyətlərində sadə vasitələrlə məşq edərək, futbolda ilk addımlarını atıb. Su qablarının qapaqlarını yerə düzüb, müxtəlif fəndlər üzərində çalışıb. Atası isə onun futbola olan sevgisini ciddi qəbul etməyərək, hətta məşq üçün hazırladığı qabları zibilliyə atıb. Amma zamanla ailəsi Zeynəbin bu idmana bağlılığını, istedadını görüb və bundan sonra ona dəstək verməyə başlayıb.

“Zeynəbin futbol oynamasına əvvəllər razı deyildik. Ümumiyyətlə, kişilərdən ibarət millimizin və digər komandaların oyunlarını izləsəm də, qadın futbolu ilə bağlı heç bir məlumatım yox idi. Sonradan bildim ki, Zeynəb gecələr gizlicə həyətə çıxıb məşq edir, bacarıqlarını artırırmış. Bu səylərini gördükdən sonra biz də ona dəstək verməyə başladıq. Azərbaycanda ilk dəfədir ki, 12 yaşlı qız özündən 10 yaş böyük futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb” , - deyə atası Zöhrab Tanrıverdiyev sevincini bizimlə bölüşür.

Anası Gülnar Əmrahova isə deyir ki, Zeynəbin futbola həvəsi əvvəllər onlara qəribə gəlirdi: “Futbol topu almırdıq, düşünürdük ki, bu idman növü qız uşağına uyğun deyil. Lakin Zeynəb köhnə top tapıb onunla oynayırdı. Hərəkətləri çox dəqiq və düzgün yerinə yetirirdi. İsti-soyuq hava fərq etməzdi, hər gün məşq edirdi. Onun bu əzmi bizi ailəlikcə təəccübləndirirdi. Sonra zamanla anladıq ki, uşağın bu həvəsinin qarşısını almaq olmaz, ona dəstək vermək lazımdır”.

Zeynəbin nənəsi ilə də söhbət edirik. Rəhimə nənə deyir ki, hər dəfə təqaüd alanda, Zeynəb ona “Nənə, mənə top al”, - deyərmiş. “Mən də hər dəfə ona top alırdım. Zeynəbin topla hərəkətini izləyəndə mənə də xoş gəlirdi, onun fitri istedadı olduğunu görürdüm” ,- deyə Rəhimə nənə əlavə edir.

Zeynəbin qardaşı da futbola maraq göstərir və bu idman növünə xüsusi sevgisi var. Onun futbola olan sevgisi ailədə idmanın bu növünə marağı daha da artırır. Bir sözlə, bu idman növü onların ailəsində bir ənənə kimi formalaşır və hər iki uşaq futbola olan sevgiləri ilə diqqət çəkir.

“Mən futbolu bacımdan öyrənmişəm. Birlikdə oynayırdıq və bu, mənim futbola həvəsimi daha da artırdı. Gələcəkdə futbolçu olmaq və Azərbaycan milli komandasının üzvü kimi ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək istəyirəm”, - deyə Zeynəbin qardaşı Rüstəm bildirir.

Hər bir futbolçu kimi Zeynəb də Azərbaycanı beynəlxalq turnirlərdə və yarışlarda layiqincə təmsil etmək istəyir. Bu məqsədinə çatmaq üçün əlindən gələni edəcəyini və bu yolda qarşısına çıxan hər bir çətinliyi əzmlə dəf etməyə çalışdığını deyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri