Icma.az
close
up
RU
Peşəkar futbolda ilk addımlarını atan 12 yaşlı Zeynəbin atası: Gecələr gizlicə məşq etdiyini sonradan bildim FOTO VİDEO AZƏRTAC

Peşəkar futbolda ilk addımlarını atan 12 yaşlı Zeynəbin atası: Gecələr gizlicə məşq etdiyini sonradan bildim FOTO VİDEO AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabad, 22 noyabr, İlkin Adıyev, AZƏRTAC

Son günlər Zeynəb Tanrıverdiyevanın futbol oynadığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Cəlilabadda yaşayan Zeynəbin oğlanlardan ibarət komandada futbol oynaması və topla etdiyi hərəkətlər diqqət çəkməyə bilməzdi.

AZƏRTAC-ın bölgə müxbiri 12 yaşlı Zeynəblə görüşüb, onunla həmsöhbət olub.

Zeynəb hələ 9 yaşında ikən futbola, futbolçuların topla necə hərəkət etmələrinə maraq göstərib. Kriştianu Ronaldonun oyunlarını izləməklə futbola olan həvəsi daha da artıb. O, müəllimi olmadan öz bacarıqlarını məşhur futbolçuların videolarına baxmaqla inkişaf etdirməyə çalışıb.

“Doqquz yaşım olanda kompüterdə futbol hərəkətlərinə baxmağa başladım. Kriştianu Ronaldonun bir neçə qolunu izlədim və ondan bəzi hərəkətləri öyrənməyə başladım. Sonra topla hərəkətetmə videolarına baxırdım və bu, məni daha da həvəsləndirirdi. Valideynlərim əvvəllər futbol oynamağımı istəmirdilər, düşünürdülər ki, bu, dərslərimə mənfi təsir edəcək. Onlar narahat idilər ki, futbol oynamağa başlasam, təhsilimə laqeyd yanaşaram. Lakin belə olmadı. Vaxtımı elə tənzimləyirəm ki, nə dərslərimdə, nə də idmanımda problem yaranır. Cəlilabadda oğlanlar arasında futbol oynayan yeganə qız olmaq mənim üçün həm qürurverici, həm də maraqlı təcrübədir. Oyun zamanı etdiyim hərəkətlər görənlərdə maraq doğurur. Sosial şəbəkələrdə videom yayılandan sonra “Sabah” Futbol Klubu məni Bakıya dəvət etdi. Orada məndən böyük qızlar arasında keçirilən yarışlarda iştirak etdim və çıxışım müsbət qiymətləndirildi. Bu, mənim üçün həm motivasiya, həm də özümü sübut etmək üçün bir fürsət idi”, - deyə o bildirir.

Zeynəb əvvəlcə həyətlərində sadə vasitələrlə məşq edərək futbolda ilk addımlarını atıb. Su qablarının qapaqlarını yerə düzüb, müxtəlif fəndlər üzərində çalışıb. Atası isə onun futbola olan sevgisini ciddi qəbul etməyərək, hətta məşq üçün hazırladığı qabları zibilliyə atıb. Amma zamanla ailəsi Zeynəbin bu idmana bağlılığını, istedadını görüb və bundan sonra ona dəstək verməyə başlayıb.

“Zeynəbin futbol oynamasına əvvəllər razı deyildik. Ümumiyyətlə, kişilərdən ibarət millimizin və digər komandaların oyunlarını izləsəm də, qadın futbolu ilə bağlı heç bir məlumatım yox idi. Sonradan bildim ki, Zeynəb gecələr gizlicə həyətə çıxıb məşq edir, bacarıqlarını artırırmış. Bu səylərini gördükdən sonra biz də ona dəstək verməyə başladıq. Azərbaycanda ilk dəfədir ki, 12 yaşlı qız özündən 10 yaş böyük futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıb” , - deyə atası Zöhrab Tanrıverdiyev sevincini bizimlə bölüşür.

Anası Gülnar Əmrahova isə deyir ki, Zeynəbin futbola həvəsi əvvəllər onlara qəribə gəlirdi: “Futbol topu almırdıq, düşünürdük ki, bu idman növü qız uşağına uyğun deyil. Lakin Zeynəb köhnə top tapıb onunla oynayırdı. Hərəkətləri çox dəqiq və düzgün yerinə yetirirdi. İsti-soyuq hava fərq etməzdi, hər gün məşq edirdi. Onun bu əzmi bizi ailəlikcə təəccübləndirirdi. Sonra zamanla anladıq ki, uşağın bu həvəsinin qarşısını almaq olmaz, ona dəstək vermək lazımdır”.

Zeynəbin nənəsi ilə də söhbət edirik. Rəhimə nənə deyir ki, hər dəfə təqaüd alanda, Zeynəb ona “Nənə, mənə top al”, - deyərmiş. “Mən də hər dəfə ona top alırdım. Zeynəbin topla hərəkətini izləyəndə mənə də xoş gəlirdi, onun fitri istedadı olduğunu görürdüm” ,- deyə Rəhimə nənə əlavə edir.

Zeynəbin qardaşı da futbola maraq göstərir və bu idman növünə xüsusi sevgisi var. Onun futbola olan sevgisi ailədə idmanın bu növünə marağı daha da artırır. Bir sözlə, bu idman növü onların ailəsində bir ənənə kimi formalaşır və hər iki uşaq futbola olan sevgiləri ilə diqqət çəkir.

“Mən futbolu bacımdan öyrənmişəm. Birlikdə oynayırdıq və bu, mənim futbola həvəsimi daha da artırdı. Gələcəkdə futbolçu olmaq və Azərbaycan milli komandasının üzvü kimi ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək istəyirəm”, - deyə Zeynəbin qardaşı Rüstəm bildirir.

Hər bir futbolçu kimi Zeynəb də Azərbaycanı beynəlxalq turnirlərdə və yarışlarda layiqincə təmsil etmək istəyir. Bu məqsədinə çatmaq üçün əlindən gələni edəcəyini və bu yolda qarşısına çıxan hər bir çətinliyi əzmlə dəf etməyə çalışdığını deyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri