Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Peşəkar futbolda qeyri adi yenilik

Peşəkar futbolda qeyri adi yenilik

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

İnternetdə yayılan “Flamenqo”nun məşqini əks etdirən videolar böyük maraq və təəccübə səbəb olub.

"Football-plus.az" xəbər verir ki, bəziləri ilk baxışdan qapıçılar üçün yeni sınaq metodu hazırlandığını düşünə bilərlər, amma braziliyalıların nəsə yeni bir metoddan istifadə etdikləri dəqiqdi. Mənzərə isə çox qəribə görünür: çünki qapıçılar məşqdə üçkünc topları dəf edirlər!
Xüsusi metod
Üçbucaqşəkilli toplar beynəlxalq aləmdə “Reflex-Ball” adı ilə tanınır. Yanvarda “Qarabağ”dan “Flamenqo”ya keçən Olavio Juninyonun yeni klubuna məxsus olan “Coluna do Fla” portalında yeni ideya belə izah olunur:

“Bu top qapıçıya intuisiyasını, refleksini və reaksiyasının sürətini artırmaq imkanı verir”.


Videoda qapıçı Mateus Kunyanın əksər zərbələri yetərincə asanlıqla dəf etdiyi gözə çarpır. Əslində isə əlcək sahibinin işi heç də göründüyü qədər sadə deyil. “Coluna do Fla”nın reportajında səslənən bir sitatda belə deyilir:

“Üçkünc top adi topla müqayisədə havada az fırlanır, uçuş trayektoriyası da yumru topdan fərqlənir”.


Qapıçı qeyri-adi topa reaksiya verərkən adi topa qarşı oynayırmış kimi seyv etməyə çalışır. Məşq zamanı adi rejimdən qeyri-adi rejimə keçməklə sanki səviyyəsini artırır. “Coluna do Fla” üçün reportaj hazırlayan müxbir bunu vurğulamağı lazım bilir: “Flamenqo”nun qapıçıları yalnız qeyri-adi toplarla məşq edəcəklərsə, absurd olacaq”. İstənilən halda üçkünc toplar yeni norma deyil, hazırlığı rəngarəng etmək cəhdidi.
“Reflex-Ball” azı 11 ildi istifadə olunur
Maraqlıdı ki, internetdə 2014-cü ilə aid olan video da var: həmin videoda qapıçının üçbucaqşəkilli topla məşq etdiyi görünür. Bu təsviri internetə qapıçıların hazırlığı üzrə polşalı ekspert Marek Draqoş qoyub.
Maraq üçün qeyd edək ki, o, dünyanın dörd bir yanında olan qapıçılara kömək edir: Draqoş indiyədək Keniya, Kamerun, Hindistan, Qambiyada və Avropanın bir çox ölkələrində işləyib.
“Reflex-Ball” ideyası polşalının beyninə azı 11 il əvvəl “daxil olub”. Amma Marek bu yeniliyi həvəskar futbolu səviyyəsində reallaşdırıb. Üçkünc toplar hərdən uşaqların və qeyri-peşəkarların məşqində istifadə olunur. “Coluna do Fla”nın materialında isə “Reflex-Ball”dan Avropanın bəzi ölkələrində, məsələn, İngiltərə və Almaniyada tez-tez istifadə olunduğu bildirilir. Ancaq görünür, belə toplara peşəkar futbolun ən yüksək səviyyəsində ilk dəfə rast gəlinir.
Filipe Luis eksperimenti sevir
İndi isə peşəkar futbolda qeyri-adi yeniliyi tətbiq edən şəxs və onun məşq metodu ilə bağlı fikirləri ilə tanış olaq. Söhbət “Flamenqo”nu çalışdıran Filipe Luisdən gedir. Onun yaxın keçmişin məşhur futbolçularından olduğu məlumdu. Sabiq sol cinah müdafiəçisi yetirməsi olduğu “Fiqeyrense”də 2003-05-ci illərdə top qovandan sonra Avropaya üz tutub. Bu qitədə İspaniyada “Real”ın ikinci komandasında, “Deportivo” və “Atletiko”da, İngiltərədə “Çelsi”də oynayıb. “Atletiko”nun formasını 8 il geyən braziliyalı karyerasını 2023-cü ildə vətənində - “Flamenqo”da başa vurub. Braziliya yığmasında 10 il (2009-19) ərzində 44 oyun keçirib və 2 qol vurub.
Maraqlıdı ki, futbolçu həyatını başa vurandan bir il sonra Rio de Janeyro klubuna baş məşqçi təyin olunub. Bu vəzifədəki debütü uğurlu alınan Filipe Luis komanda ilə Braziliya kuboku və superkubokunu qazanıb.
39 yaşlı mütəxəssis məşq prosesində eksperimentləri çox sevir, qapıçıların hazırlığında çoxmüxtəlifliyə xüsusi dəyər verir. Məsələn, ötən il VR-dəbilqələrdən istifadə edib, indi isə hamını üçbucaqşəkilli toplarla təəccübləndirir. Gənc məşqçi ümumilikdə hücumameyilli futbola üstünlük verir. “Flamenqo”nun gənclərdən ibarət komandasını çalışdırarkən bunu etiraf edib:

“Əlbəttə, mənim modelim çox hücumameyillidi. Hərdən həddən artıq risk edirəm, heç bir təhlükəyə və ya qorxuya məhəl qoymadan hücuma atılıram. Ona görə ki, tamaşaçıların çoxlu qol epizodları və qol izləməsini istəyirəm”.


Bu da fakt: “Flamenqo” A seriyasının ötən mövsümündə hamıdan çox – 61 qol vurub, amma öz qapısında heç də az top görməyib – 42. Ola bilsin ki, baş məşqçi buna görə indi məşqdə qapıçıların hərtərəfli hazırlığına xüsusi diqqət yetirir. Əlcək sahiblərinin istənilən formalı toplara qarşı oynamaq bacarığı tezliklə start götürəcək yeni mövsümdə komandanın arxa xətdəki işinə çox yaraya bilər.
2024-cü ili 3-cü yerdə başa vuran “Flamenqo”nun çempion “Botafoqo”dan 9 xal geri qaldığını da yada salaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri