Icma.az
close
up
RU
Peskov: Enerji zərbələrinə moratoriumun uzadılması Putinin qərarından asılıdır

Peskov: Enerji zərbələrinə moratoriumun uzadılması Putinin qərarından asılıdır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukraynada enerji obyektlərində zərbələrə moratoriumun uzadılıb-uzadılmaması ilə bağlı qərar Rusiya prezidenti Vladimir Putindən asılı olacaq.

Bizimyol.info xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov mətbuata bildirib ki, əvvəlcə Moskva Vaşinqtonla Kiyevin bütün pozuntularını müzakirə edəcək.

Müqavilənin müddəti aprelin 16-da başa çatdıqdan sonra (martın 18-də moratorium elan edildikdən 30 gün sonra) uzadılıb-uzadılmayacağı ilə bağlı suala: “Biz müqaviləni uzatmaq fikrində deyilik. Bu, prezident Putinin qərarından asılı olacaq”, - deyə cavab verib.

Peskov xatırladıb ki, "moratoriuma mahiyyət etibarilə Ukrayna tərəfindən əlməl olunmayıb". "Ona görə də təbii ki, bu 30 günü təhlil etmək lazım gələcək. Yəqin ki, amerikalılarla məlumat və fikir mübadiləsi aparmaq lazımdır. Bundan sonra ali baş komandan, prezident qərar verəcək”, - deyə Kreml nümayəndəsi bildirib.

Martın 18-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub, onlar Ukraynadakı vəziyyəti müzakirə ediblər. Putin 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan çəkinmək təklifi ilə razılaşıb və Rusiya Müdafiə Nazirliyinə göstəriş verib. Daha sonra Vladimir Zelenski bildirib ki, Ukrayna enerji obyektlərinə hücumların dayandırılması təklifini dəstəkləyəcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Kiyev rejimi moratoriumun dəstəklənməsinə dair açıq bəyanatlara baxmayaraq, birtərəfli qaydada Rusiyanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edir". Moskva razılaşmalara "sadiq qalmaqda" davam edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri