Peskov: Ermənistan KTMT dən çıxmaqda sərbəstdir
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əgər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyə artıq ehtiyacı yoxdursa, İrəvan müvafiq qərar qəbul etməkdə və təşkilatı tərk etməkdə sərbəstdir.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - o qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, ölkənin KTMT-dən xaric edilməsinə qərar verilərsə, bundan məmnun olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 24 Avqust 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















