Peskov: Moskva və Ankara “S 400“lərin mümkün təkrar satışını müzakirə edir
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva ilə Ankara Türkiyənin inventarında olan "S-400" zenit-raket sistemlərinin mümkün təkrar satışını müzakirə edir.
Moderator.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Burada mən bir şeyi deyə bilərəm: bu çox həssas mövzudur. Bizim Türkiyə tərəfi ilə bu mövzuda təmaslarımız olub. Bu təmasları davam etdirəcəyik", - o deyib.
Daha əvvəl "Hürriyet" qəzeti bildirmişdi ki, Türkiyənin Rusiyadan aldığı "S-400"lər Fars körfəzi ölkələrindən birinə satıla bilər. Nəşrin məlumatına görə, Ankara ona ABŞ-nin CAATSA sanksiyalarının təsirindən çıxmağa və "F-35" qırıcılarının istehsalı proqramına qayıtmağa imkan verəcək hüquqi formul axtarır.
Türkiyə 2017-ci ildə Rusiya ilə təxminən 2,5 milyard dollar dəyərində dörd "S-400" divizionunun tədarükünə dair müqavilə bağlayıb. Ankara Rusiya sistemlərini əldə etdikdən sonra ABŞ-nin "F-35" qırıcılarının istehsalı proqramından kənarlaşdırılıb. 2019-cu ildə "Rosoboroneksport" komplekslərin tədarükünün başa çatdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 İyul 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















