Peskov: Rusiya Trampın Ukraynadakı münaqişənin “iki uşaq arasında döyüş” olması fikri ilə razılaşmır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin “iki uşaq arasında döyüş” olması ilə bağlı sözləri ilə razılaşmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir.
"Mən belə düşünmürəm. ABŞ prezidentinin, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Bizim üçün bu, ekzistensial məsələdir, bu, milli maraqlarımız məsələsidir, bu, təhlükəsizliyimiz, gələcəyimiz və uşaqlarımızın gələcəyi, ölkəmizin gələcəyi məsələsidir. Məhz buna görə xüsusi hərbi əməliyyat həyata keçirilir. Bu əməliyyat problemlərin siyasi və diplomatik vasitələrlə həlli üçün bütün imkanlar tükənəndən sonra həyata keçirilir", - Kremlin sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















