Peskov: Rusiya və Ukraynanın zərbə endirilməsi qadağan edilən enerji obyektlərinin siyahısını tez razılaşdırmaq mümkün oldu
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya və Ukrayna zərbə endirilməsi qadağan edilən enerji obyektlərinin siyahısını Moskva və Vaşinqton arasında davam edən çox intensiv əlaqələri tez razılaşdırmağa imkan verib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib.
"Biz ABŞ tərəfi ilə təmasları davam etdiririk. Bilirsiniz ki, bu əlaqələr çox intensiv şəkildə davam edir, məhz onların sayəsində dünən Rusiya və Ukraynanın zərbə endirilməsi müvəqqəti qadağan edilən enerji obyektlərinin siyahısını kifayət qədər tez razılaşdırmaq mümkün oldu", - D.Peskov qeyd edib.
Onun sözlərinə görə, Moskva "dialoqumuzun nə qədər praqmatik və konstruktiv, eyni zamanda səmərəli inkişaf etməsindən" məmnundur.
D.Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın enerji obyektlərinə zərbələrin endirilməsinə qadağanın icrası çərçivəsində əmri qüvvədədir və Rusiya Silahlı Qüvvələri tərəfindən yerinə yetirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















