Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri onun rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşü ilə əlaqəli deyil.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bu, ABŞ dövlət başçısının planlarıdır və V.Putinlə heç bir şəkildə əlaqəli deyil. V.Putinin hələlik belə planları yoxdur", - o, D.Trampın Səudiyyə Ərəbistanına səfərinin Rusiya lideri ilə mümkün danışıqlarla bağlı olub-olmadığı barədə suala belə cavab verib.
Bununla yanaşı, Kremlin nümayəndəsi bildirib ki, V.Putin və D.Trampın mümkün görüşünün tarixi və yeri barədə də hələlik dəqiq təsəvvür yoxdur".
"Biz müxtəlif səviyyələrdə və müxtəlif kanallar vasitəsilə amerikalılarla təmasları davam etdiririk", - D.Peskov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















