Peskov Ukrayna ilə bağlı memoranduma dair kompromis imkanlarını şərh edib
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Ukrayna nizamlanması ilə bağlı memorandumun ayrı-ayrı bəndləri üzrə kompromis imkanları danışıqlar prosesində müəyyən edilməlidir.
525.az “Report” a istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqlar prosesi açıq olmamalıdır.
"Bu, açıq şəkildə keçirilməməli olan danışıqlar prosesinin mövzusudur", - o vurğulayıb.
Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşləri şərh edən Kremlin sözçüsü danışıqlarda irəliləyişlər gözləməyin yanlış olduğunu söyləyib. Bununla yanaşı, o, mühüm razılaşmaların əldə edildiyini diqqətə çatdırıb.
"İstanbulda müəyyən razılaşmalar əldə edilib, onlar vacibdir. Bu razılaşmalar həyata keçiriləcək", - Peskov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















