Peskov: Ukraynaya dair fikir ayrılıqları Moskva və Bakının münasibətlərinə mane olmayacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı buna ümid etdiyini bildirib.
"Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Burada bizim fikir ayrılıqlarımız ortaya çıxır. Azərbaycan Prezidenti İlham Əliyev lap əvvəldən bu mövqedən çıxış edib", - deyə Kreml nümayəndəsi qeyd edib.
"Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə yaşanan qısa soyuqluq dövrünü keçməyimizə mane olmayacaq, mövcud vəziyyət naminə qarşılıqlı faydalı maraqları qurban vermərik", - deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 İyul 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















