Icma.az
close
up
RU
Pezeşkian Azərbaycanla bağlı sözünü tuta bilmədi

Pezeşkian Azərbaycanla bağlı sözünü tuta bilmədi

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İran parlamentində etnik qrupların ədəbiyyat fənninin ana dilində tədrisi ilə bağlı qanun layihəsinin rədd edilməsi narazılıq doğurub. Parlament üzvlərindən bəziləri bu layihənin ölkə konstitusiyasına uyğun olduğunu bildiriblər.

Ekspertlərin fikrincə, İran Prezidenti Məsud Pezeşkianın son günlər Azərbaycan türkcəsində şeir səsləndirməsi və çıxışlar etməsi, hətta Azərbaycan nümayəndələri ilə bu dildə danışması rejimi narahat edib. Sözügedən layihənin rədd edilməsi Pezeşkianın uğursuzluğu kimi dəyərləndirilir. Çünki o, prezident seçilməzdən əvvəl konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq məktəblərdə yerli dillərin tədris ediləcəyinə söz vermişdi.

Bu məsələ Pezeşkian hökumətinə inamı zədələyə bilərmi? Türkəsilli prezidentin çıxışı Tehranda “dərin dövlət”i narahat edib?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, İran köklü dövlət kimi tərəddüd mərhələsindədir:


Füzuli Qurbanov

“İran parlamentində təkcə Azərbaycan dili deyil, digər etnik azlıqların da ana dili və hüquqları müzakirə olunur. Bir çox hallarda mübahisələr də yaranır. Yəni bu, yeni hadisə deyil. Lakin İranın ana dili məsələsində bu qədər kəskin mövqedə olması ölkə daxilində problemləri həll etmir və daha da artırır.

İran Prezidenti Məsud Pezeşkian bir islahatçı kimi ölkədə nələrisə dəyişməyə çalışır. Amma mühafizəkarlar güclü müqavimət göstərirlər. Əslində mövcud vəziyyət həm də onu deməyə əsas verir ki, İranda islahatçılarla mühafizəkarlar arasında rəqabət günü-gündən artacaq. Amma bu mübarizədə kimin qalib gələcəyi hələlik bəlli deyil”.

Qeyd edək ki, bundan əvvəl Prezident Məsud Pezeşkian Tehranda Azərbaycan mədəniyyəti həftəsində çıxışı zamanı Azərbaycan türkcəsində “Heydərbabaya salam” poemasından iki bənd söyləyib. Bu zaman onun çıxışı kəsilərək farsca danışması tələb olunub.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri