Pezeşkian azərbaycanlılara qarşı təhqirlərdən danışdı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tehranın “Azadi” stadionunda baş verənlər və təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın “Persopolis” futbol komandalarının oyununda baş verənlərə münasibət bildirərkən deyib.
Azərbaycan dilində çıxışı zamanı Pezeşkian məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.
“Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər”, - İran prezidenti qeyd edib.
Baxış sayı:91
Bu xəbər 31 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















