Pezeşkian Ərdoğanı İrana dəvət etdi, o, Hakan Fidanı göstərdi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən toplantısında Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğanla Məsud Pezeşkian arasında diqqətçəkən məqam yaşanıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Nəşr yazıb ki, Ərdoğan və Pezeşkian qol-qola kameralar qarşısına keçərkən, iki liderin səmimi dialoqu da diqqət çəkib:
“Söhbət zamanı İran prezidenti türk həmkarını İrana dəvət edib. Pezeşkian Tehranda keçirilməsi planlaşdırılan Türkiyə-İran Yüksək Əməkdaşlıq Şurasının toplantısına toxunaraq deyib: “Sizi ən qısa zamanda İranda qonaq etmək istəyirik”.
Ərdoğan dəvəti müsbət qarşılayıb. Amma o, xarici işlər naziri Hakan Fidanı göstərərək, bu səfərin koordinasiyasının nazirlər səviyyəsində aparıldığını vurğulayıb:
“Bu məsələ bizim xarici işlər nazirimizin səlahiyyətindədir. İranlı həmkarı ilə bunu müzakirə edirlər, İnşallah, bunu reallaşdıracağıq”.
/teleqraf
Baxış sayı:60
Bu xəbər 02 Sentyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















