Icma.az
close
up
RU
“Pezeşkian Güney Azərbaycanın müstəqilliyini elan edə bilər” AÇIQLAMA

“Pezeşkian Güney Azərbaycanın müstəqilliyini elan edə bilər” AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər İranda davam edən etirazlar fonunda bəzi qüvvələr yenidən şah rejimini qurmaq istəyirlər.

Belə ki, şahın oğlu Rza Pəhvləvi hakimiyyətə gəlmək üçün iddiasını ortaya qoyub və mütəmadi şəkildə sosial şəbəkələrdə paylaşımlar edir. Üstəlik, İsrail və ABŞ tərəfindən də dəstəklənir.

Faktiki olaraq, İranda molla rejiminin yerinə yenidən şah rejiminin gəlməsini istəyirlər. Xalq buna kəskin etiraz edir. Lakin son günlərdə etirazlar zamanı Rza Pəhləviyə dəstək şüarları səsləndirənləri də görürük.

Əlbəttə ki, bunların məqsədyönlü şəkildə atılan addımlar olduğu heç kimə sirr deyil. Çünki xalq Rza Pəhləviyə etimad etmir. Hətta aksiyalarda “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” kimi şüarlar belə səsləndirirlər. 

Ancaq bütün bunlara baxmayaraq, hansısa formada Rza Pəhləvinin İranda hakimiyyətə gətirilmə ehtimalı gündəmə gəlsə, nə olacaq? Bu zaman İranın legitim Prezidenti Məsud Pezeşkian Təbrizin paytaxt olduğu Güney Azərbaycanın müstəqilliyini elan edə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, bu ehtimalın reallaşması mümkündür:

“Məsud Pezeşkian İranın Prezidentidir, amma xalq ona etiraz etmir. Etirazlar sadəcə molla rejiminə qarşı yönəlib. Hansı ki, məhz bu rejim Prezidentin də normal fəaliyyət göstərməsinə əngəl olur.

İran xalqı Pezeşkianı legitim hakimiyyət kimi qəbul edir və dövlətin başında molların deyil, onun olmasını istəyirlər. Bunun İran xalqı və bölgə üçün ən optimal mövqe olduğunu düşünürəm”.

Lakin ekspert qeyd edib ki, bəzi qüvvələr Rza Pəhləvinin hakimiyyətə gəlməsi üçün çalışırlar:

“ABŞ, İsrail və bəzi Avropa ölkələrinin onun arxasında dayandığı görünür. Əslində bu məsələdə ölçüb-biçib qərar vermək lazımdır. Bu gün İran xalqının böyük əksəriyyəti şah rejiminin yenidən qurulmasını istəmir. O dönəm artıq geridə qalıb. 

Maraqlıdır ki, Rza Pəhləvinin ali təhsili belə yoxdur. Belə bir adamı dövlətin başına keçirmək istəyirlər. Hesab edirəm ki, ABŞ Pəhləvini hakimiyyətə gətirməklə yenidən İranı idarə etmək istəyirlər. Ancaq bu istəyin perspektivi yoxdur”.

Əli Mustafa diqqətə çatdırıb ki, Pəhləvini hakimiyyətə gətirsələr, Pezeşkian Güney Azərbaycanın müstəqilliyini elan edə bilər:

“Onun buna haqqı var. Pezeşkian Güney Azərbaycanı şah rejimindən qopara bilər. Bütün İran xalqının Pezeşkianın bu addımını dəstəkləyəcəyini düşünürəm. Bu gün orada normal sosial sorğu keçirilsə, Pezeşkian Pəhləviyə qarşı 90 faizdən artıq səs yığar. Türk və islam dünyası da onu dəstəkləməlidir”.
Həmsöhbətimiz söyləyib ki, İranda şah rejiminin yenidən qurulması bəşəriyyətə təhqirdir:

“Dünyanın 1 nömrəli demokratik ölkəsi hesab olunan ABŞ də bu plandan imtina etməlidir. Çünki bu, ABŞ-nin nüfuzunu da yaraşmayan biabırçılıq olar.

İnsan haqlarından, demokratiyadan danışan bir dövlətin gerilikçi bir rejim qurmaq istəməsi İran xalqına hörmətsizlikdir. Əksinə, İran xalqına öz seçimlərini etmələri üçün dəstək vermək lazımdır. Pəhləvi hakimiyyətə gəlsə, bölgədə yeni müharibələr ola bilər. Ona görə də ən arzuolunmaz seçim odur”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Pezeşkian Güney Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri