Pezeşkian İran futbolunda türklərə qarşı səsləndirilən təhqirlərə münasibət bildirib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian Təbrizin "Traktor" klubuna qarşı olan ögey münasibətə fikir bildirib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
Belə ki, İran Prezidenti Məsud Pezeşkian Təbrizin "Traktor" və Tehranın "Persopolis" futbol komandalarının paytaxtda keçirilən oyununda baş verənlərə münasibət bildirərək qeyd edib ki, Tehranın "Azadi" stadionunda baş verənlər və səslənən təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir.
Azərbaycan dilində çıxışı zamanı, M.Pezeşkian, qeyd edib:
"Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər".
İran prezidenti məsələnin araşdırılması və tədbir görülməsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 31 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















