Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır Hazır olun!

Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır Hazır olun!

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İranda quraqlıq səbəbindən paytaxt sakinlərinin təxliyəsi bir sıra məsələləri gündəmə gətirib. Bildirilir ki, bu hadisə su qıtlığı probleminin təkcə Tehranla məhdudlaşmadığını göstərir və region ölkələri üçün də ciddi xəbərdarlıq siqnalı olmalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycan da oxşar risklərlə üz-üzədir. Belə ki, son illərdə yağıntıların azalması, qarın demək olar ki, yağmaması, Kür çayında su səviyyəsinin aşağı düşməsi, xüsusilə Bakının su təchizatına mənfi təsir göstərir. İddialara görə, bəzi ərazilərdə artıq suyun fasilələrlə verilməsi təcrübəsi tətbiq edilir. Bundan başqa, Oğuz-Qəbələ-Bakı su xəttində də azalmaların müşahidə olunduğu deyilir. 

Azərbaycanda su böhranı yarana bilərmi? Problemin qarşısını necə almaq olar?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Cənubi Qafqaz da daxil olmaqla, bütün Yaxın Şərqdə iqlim dəyişikliyinə görə su böhranı dərinləşir:

“Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunur. Kür çayının səviyyəsi aşağı düşüb, bəzi bölgələrdə yeraltı suların həcmi azalıb. Bu isə Bakının əsas su mənbələrinin – Kür su təchizatı sistemi və Oğuz–Qəbələ–Bakı su kəmərinin dayanıqlığını birbaşa təhdid edir. Son aylarda həmin kəmərdə də müəyyən azalmalar və təmir məhdudiyyətləri qeydə alınıb. Hazırda Bakı üçün dərhal “kritik təxliyə səviyyəsində” böhran təhlükəsi yoxdur, lakin orta müddətli perspektivdə risklər var. Əgər yağıntıların azlığı, qar örtüyünün zəifliyi və çay axınlarının azalması davam etsə, paytaxtın 2026–2027-ci illərdə mövsümi su çatışmazlığı ilə üzləşməsi mümkündür. Bu, xüsusilə yay aylarında içməli su təchizatında fasilələrin artması, təzyiqin azalması və sənaye sektoruna su məhdudiyyətlərinin tətbiqi ilə müşayiət oluna bilər”.

Cəmşid Bəxtiyar

Ekoloq qeyd edib ki, problemin kökündə bir sıra səbəblər dayanır:

“Yağıntı və qar ehtiyatlarının azalması ilə dağ çaylarının qidalanması zəifləyib. Kür hövzəsində antropogen təzyiq, suvarma, sənaye və məişət tələbatı artıb. Bəzi məlumatlara görə, şəbəkə boyu su itkisi 35-40 faizə çatır. İqlim dəyişməsinə adaptasiya proqramlarının ləngliyi – ehtiyat mənbələr və desalinasiya hələ ilkin mərhələdədir”.

C.Bəxtiyar bildirib ki, su qənaəti “milli prioritet” kimi elan olunmalıdır:

“Həm əhali, həm müəssisələr üçün real qənaət mexanizmləri tətbiq edilməlidir. Ən azı 10% azalma ildə milyonlarla kubmetr suya qənaət deməkdir. Dəniz suyunun təmizlənməsi istiqamətində Xəzər sahili boyunca pilot layihələr tezləşdirilməlidir. Parklar, yol yaşıllaşdırması və sənaye üçün təmizlənmiş tullantı  sularından təkrar istifadə edilməlidir. Oğuz–Qəbələ quyularının rejimi elmi nəzarət altında saxlanmalıdır. Azərbaycanın su təhlükəsizliyi problemi iqlim, iqtisadiyyat və milli təhlükəsizlik məsələsidir. Dövlət səviyyəsində “Su resurslarının adaptiv idarəetmə strategiyası” qəbul olunmalı, bu sənəd iqlim proqnozları, enerji-su balansı və regionlararası paylanmanı nəzərə almalıdır”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin sözlərinə görə, BMT-nin hesabatlarına əsasən, Azərbaycan dünyada su ilə bağlı risk daşıyan 80 ölkə arasında yer alır və 2050-ci ilə qədər ciddi su böhranı ilə üzləşə bilər:

“Ölkəmizin əsas su mənbələri olan Kür və Araz transsərhəd çaylardır. Kür çayı Türkiyədən başlayaraq Gürcüstan ərazisindən, Araz çayı isə İranla sərhəd boyunca axaraq Sabirabadda birləşir və Xəzər dənizinə tökülür. Çayların mənbəyi Azərbaycanın hüdudlarından kənarda yerləşdiyinə görə, ölkənin su təhlükəsizliyi xarici amillərdən də asılıdır. Bu baxımdan vaxtında iri su anbarlarının yaradılması mühüm əhəmiyyət kəsb edib. Məsələn, Kür üzərində inşa edilmiş Mingəçevir su anbarı müəyyən müddət bu istiqamətdə riskləri azaltmağa imkan verir. Ceyranbatan su sistemi isə daxili çaylar hesabına formalaşır və tənzimlənir. Lakin daxili su ehtiyatlarının qorunması üçün qar və yağıntıların olması vacibdir. Hazırda Bakının əsas su təchizatı Kür çayı üzərindən həyata keçirilir. Oğuz-Qəbələ-Bakı və Şollar sistemləri isə şəhərin yalnız kiçik hissəsini təmin edir. Yağıntıların və qar örtüyünün azalması su ehtiyatlarının azalmasına səbəb olur. Bu, ölkə üçün ciddi risk yaradır”.

İlqar Hüseynli

İB sədri vurğulayıb ki, İranda artıq su qıtlığı ilə bağlı fövqəladə tədbirlər görülür və bu, regionda vəziyyətin ciddi olduğuna nümunədir:

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, yağıntılar bərpa olunmasa, bəzi ərazilərdə əhalinin evakuasiyası zəruri ola bilər. Azərbaycanda da 2030-cu ilə qədər vəziyyətin daha da kəskinləşəcəyi ehtimal edilir. Bu səbəbdən Xəzərin suyunun içməli suya çevrilməsi məqsədilə zavod tikintisinə başlanılıb. Hələlik layihənin effektivliyi barədə danışmaq çətindir, lakin bu, alternativ mənbə kimi əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycanın yeraltı su ehtiyatları da mövcuddur. Xüsusilə Qarabağda işğaldan əvvəl fəaliyyət göstərən kəhrizlər kəndlərin su təminatında mühüm rol oynayırdı. Hazırda həmin kəhrizlərin bərpası və istismarı yenidən gündəmdədir. Eyni zamanda, Kür-Araz bölgəsində 35-50 metr dərinlikdə yerləşən şirin yeraltı suların istifadəsi mümkündür. Bu baxımdan, ölkədə həm yerüstü, həm də yeraltı su mənbələrinin səmərəli istismarına diqqət artırılmalı, su ehtiyatlarının idarə olunması istiqamətində sistemli tədbirlər görülməlidir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri